Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
10.10.2026 10:51

Rusiyada 2026–2027-ci illər mövsümü üçün qrip peyvəndinin hər üç komponenti 2025-ci ildən bəri müşahidə olunan yeni virus variantları nəzərə alınmaqla yenilənib.

 

Aztibb.az "Medvestink"ə istinadən yazır ki, həkim-immunoloq Vladimir Bolibokun bildirdiyinə görə, bu dəyişikliklər infeksiyanın yayılma dinamikasına əsaslanır.

 

Şimal yarımkürəsində yay fəsli hökm sürərkən mütəxəssislər Cənub yarımkürəsində qış mövsümündə sirkulyasiya edən ştamları araşdırıblar. Əldə olunan məlumatlar preparatların tərkibinin seçilməsində istifadə olunub. Yenilənmə A qrippinin iki variantını (H1N1 və H3N2), eləcə də B qrippinə qarşı komponenti əhatə edib.

 

Mütəxəssis vurğulayıb ki, oktyabrın sonu, noyabrın əvvəlində gözlənilən xəstələnmə artımına qarşı peyvəndlərin tərkibi yeni şatmlara uyğunlaşdırılıb. Komponentlərin dəyişdirilməsi əvvəlki tərkibin yanlış olması demək deyil, sadəcə vaksin dəyişən virusa adaptasiya olunur. İmmun cavabın vaxtında formalaşması üçün xəstəliyin pik həddinə qədər peyvənd olunmaq böyük əhəmiyyət kəsb edir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə