Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib  
10.10.2026 15:50
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ana və uşaq sağlamlığının qorunması, eləcə də təcili hallarda göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib. “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusuna həsr olunan görüşdə xəstəxananın həkim-mama-ginekoloqu Yasəmən Ağayeva çıxış edib.
 
Bu barədə Aztibb.az-a Xaçmaz RMX-dan xəbər verilib.
 
Bildirilib ki, tədbir zamanı həkim hamiləlik dövründə və doğum sonrası yarana biləcək kritik vəziyyətlər, təcili tibbi müdaxilə tələb edən hallar, həmçinin yenidoğulanlara göstərilən təxirəsalınmaz tibbi yardımın incəlikləri barədə ətraflı məlumat verib. Yasəmən Ağayeva təcili hallarda tibb heyətinin operativ və düzgün qərarlar qəbul etməsinin, eləcə də protokollara dəqiq riayət olunmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
 
Tədbirdə, həmçinin praktiki yanaşmalar müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə