Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
11.10.2026 07:44

Gecə kifayət qədər yatmağınıza baxmayaraq, səhər yorğun oyanırsınız? Yuxunun müddəti ilə yanaşı, keyfiyyəti də ümumi sağlamlıq üçün vacibdir. Yuxu çatışmazlığı yaddaş problemləri, çəki artımı və gündəlik fəaliyyətlər zamanı diqqətin azalması ilə əlaqəli ola bilər.

 

 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 
Fərhad Burzu bildirib ki, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:
Yuxu rejiminizi qoruyun: Hər gün eyni saatda yatıb oyanmağa və gecə 7–9 saat yatmağa çalışın;
Kofeini məhdudlaşdırın: Xüsusilə günortadan sonra qəhvə və digər kofeinli içkilərin qəbulunu azaldın;
Ekran istifadəsini azaldın: Yatmazdan 1–2 saat əvvəl telefon və kompüterdən uzaqlaşın;
Gündüz aktiv olun: Gün işığında vaxt keçirin və fiziki aktivliyə üstünlük verin;
Rahat yuxu mühiti yaradın: Yataq otağının sakit və rahat olmasına diqqət yetirin.

 

Həkim bildirib ki, yuxusuzluq davam edirsə, gün ərzində həddindən artıq yuxululuq və diqqət çətinliyi yaşayırsınızsa, həkimə müraciət edin. Keyfiyyətli yuxu sağlamlığınıza qoyduğunuz vacib sərmayədir.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır