COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 09:49

Nevroloq: COVID-19-dan sonra Alzheimer xəstəliyinin yeni hallarının artım tempi sürətlənib

COVID-19 pandemiyasından sonra dünyada Alzheimer xəstəliyi və digər demensiya formaları ilə bağlı vəziyyətin daha da mürəkkəbləşdiyi bildirilir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, nevroloq, professor Rena İsmayılovanın sözlərinə görə, 2020-ci ildən sonra Alzheimer xəstəliyi diaqnozu qoyulan insanların sayında artım müşahidə edilir.

Mütəxəssis hesab edir ki, bu artımın səbəblərindən biri daha əvvəl koronavirus infeksiyasının keçirilməsi ola bilər. Onun sözlərinə görə, xüsusilə ağır COVID-19 hallarında orqanizmdə baş verən güclü iltihabi reaksiya sinir sisteminə təsir göstərə bilər.

“Yaşlı insanlar arasında Alzheimer xəstəliyinin daha çox müşahidə olunmasına bir sıra amillər səbəb ola bilər. Lakin əsas amillərdən biri beş-altı il əvvəl yaşadığımız koronavirus dalğası hesab edilə bilər. COVID-19 infeksiyası əksər hallarda ‘sitokin fırtınası’ ilə müşayiət olunur. Bu isə beyində xroniki iltihab proseslərinə səbəb olaraq neyronların zədələnməsinə gətirib çıxara bilər”, – deyə nevroloq bildirib.

Rena İsmayılova əlavə edib ki, pandemiyadan sonra bəzi xəstələrdə beyin zədələnmələri müşahidə olunub. Onun sözlərinə görə, əvvəldən mövcud olan koqnitiv pozuntular da bəzi insanlarda daha sürətlə irəliləyə bilər.

Mütəxəssislər COVID-19 ilə demensiya arasında mümkün əlaqənin hələ də araşdırıldığını və koronavirus infeksiyasının birbaşa Alzheimer xəstəliyinə səbəb olduğunu söyləmək üçün əlavə elmi araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub