Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 12:00

Alimlər heyvanlarda rast gəlinən koronavirusların insan sağlamlığı üçün də potensial təhlükə yarada biləcəyini bildiriblər.

 

Aztibb.az "Clinical Infectious Diseases" jurnalında dərc olunan araşdırmanın nəticələrinə diqqət çəkib. 

Malayziyanın Saravak əyalətində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən 301 pasiyentin burun yaxması nümunələri araşdırılıb. Əksəriyyəti 5 yaşdan kiçik uşaqlardan götürülən 8 nümunədə itlərdə rast gəlinən koronavirusa bənzər yeni virus aşkarlanıb.

Əgər virusun insanlarda xəstəlik törədən yeni patogen olduğu təsdiqlənərsə, bu, insanları yoluxdurduğu məlum olan səkkizinci koronavirus növü olacaq. Daha əvvəl insanlarda xəstəlik törədən 7 koronavirus müəyyən edilmişdi və onların sonuncusu COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2-dir.

Bununla belə, tədqiqatçılar yeni virusla insan xəstəliyi arasında hələ birbaşa əlaqə müəyyən etməyiblər. Eyni zamanda, virusun insanlar arasında yayıldığını göstərən hər hansı sübut da yoxdur.

Virusoloq Stenli Perlmanın fikrincə, koronaviruslar üzərində araşdırmalar genişləndikcə onların müxtəlif növlər arasında keçidinə dair daha çox nümunə aşkar edilə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma