İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 13:49

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi (KİFYİB) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd İSİM və KİFYİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir. 

 

Bu barədə Aztibb.az-a İSİM-dən məlumat verilib.

 

Bildirilib ki, memorandum İSİM-in baş direktoru Səbinə Babazadə və KİFYİB-in sədri Səadət Bayramova tərəfindən imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda kistik fibroz xəstələrinin və digər nadir (orfan) xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi, onlara göstərilən tibbi-sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

 

Əməkdaşlıq çərçivəsində nadir xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicəsi üzrə əhali və tibb işçilərinin maarifləndirilməsi, cəmiyyətdə sosial məsuliyyət və məlumatlılıq səviyyəsinin artırılması, habelə nadir xəstəliklərdən əziyyət çəkən şəxslərə və onların ailələrinə psixoloji, sosial və tibbi dəstək mexanizmlərinin təşkili və s. fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, dövlət proqramları və milli fəaliyyət planlarından irəli gələn, sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin icrası əməkdaşlığın prioritet istiqamətlərini təşkil edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb