COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 10:28

COVID-19 əvvəlki illərlə müqayisədə daha yüngül mənzərə yaratsa da, təhlükə tam aradan qalxmayıb. "The Boston Globe" nəşri yazır ki, ABŞ-ın Massaçusets ştatında payız aylarında yoluxma göstəriciləri artsa da, xəstəxanaya yerləşdirilmə və ölüm halları pandemiyanın əvvəlki illəri ilə müqayisədə xeyli aşağıdır. Buna baxmayaraq, bəzi insanlar üçün infeksiya ciddi fəsadlar yarada bilər.


Aztibb.az xəbər verir ki, "Sabah qəzetindəki yazısında professor Osman Müftüoğlunun qeyd edir ki, cəmiyyətdə immunitetin güclənməsi və müalicə imkanlarının artması COVID-19-un gedişatını dəyişib. Lakin virus xüsusilə 65 yaşdan yuxarı şəxslər, immun sistemi zəif olanlar, hamilələr, eləcə də ürək, ağciyər və böyrək xəstəliklərindən və diabetdən əziyyət çəkənlər üçün təhlükəli olaraq qalır.

İnfeksiya bu şəxslərdə mövcud xəstəlikləri ağırlaşdıra, qan şəkərinə nəzarəti çətinləşdirə, tənəffüs problemlərini gücləndirə bilər. Yaşlı insanlarda uzunmüddətli halsızlıq və fiziki gücün azalması da əzələ itkisi və yıxılma riskini artıra bilər.

Mütəxəssislər simptomlar yarandıqda, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaxtında test verməsini tövsiyə edirlər. Virusəleyhinə müalicənin zəruriliyi xəstənin yaşı, yanaşı xəstəlikləri, qəbul etdiyi dərmanlar və simptomların başlama vaxtı nəzərə alınmaqla müəyyənləşdirilir.

Qapalı məkanların havalandırılması, xəstəlik zamanı həssas insanlarla təmasın məhdudlaşdırılması və fərdi riskə uyğun peyvənd planının nəzərdən keçirilməsi də qorunmada əhəmiyyətlidir.

COVID-19 artıq əvvəlki kimi gündəlik həyatın mərkəzində olmasa da, risk qrupları üçün ehtiyat tədbirləri və vaxtında tibbi yardım hələ də vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir