Diabetdən qorunmaq sağlam seçimlərdən başlayır – sağlam gələcək isə bu gün atdığımız addımlardan asılıdır!
14 Noyabr – Ümumdünya Diabet Günü münasibətilə hər kəsi öz sağlamlığına daha məsuliyyətlə yanaşmağa, şəkərli diabetin risk faktorları və erkən əlamətləri barədə məlumatlı olmağa çağırırıq.
Sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq olmaq və psixi sağlamlığı qorumaqla şəkərli diabet xəstəliyinin risk faktorunu azaltmaq olar. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali arasında diabetlə bağlı məlumatlılığın artırılması, sağlam həyat tərzinin təşviqi və profilaktik yanaşmanın gücləndirilməsi istiqamətində mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.
Ümumdünya Diabet Günündə diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.
Sağlamlığınızı təxirə salmayın! Risklərinizi öyrənin, müayinələrinizi vaxtında etdirin, sağlam həyat tərzini seçin!
Diabetə qarşı mübarizə məlumatlılıqdan və profilaktikadan başlayır!

