Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: "Servikal disk yırtıqları: müasir yanaşma prinsipləri və cərrahiyyəsi”
12.11.2026 14:42

Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Servikal disk yırtıqları: müasir yanaşma prinsipləri və cərrahiyyəsi” mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, təlim Spinal neyrocərrahiyyəsi şöbəsinin həkim-neyrocərrahı Nicat Muştaqov tərəfindən təşkil olunub.

 

Təlim çərçivəsində servikal disk yırtıqlarının yaranma səbəbləri, klinik əlamətləri, diaqnostika üsulları, müasir müalicə strategiyaları və cərrahi müdaxilə prinsipləri barədə ətraflı məlumat verilib.

 

Həmçinin müasir neyrocərrahiyyədə tətbiq olunan yanaşmalar, əməliyyat göstərişləri və müalicə nəticələrinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.

 

Tədbirin əsas məqsədi tibb mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılması, müasir elmi-praktik yeniliklərin paylaşılması, eləcə də servikal disk yırtıqlarının müalicəsində effektiv və müasir yanaşmaların təşviq edilməsidir.

 

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib