AQTİ tərəfindən “Hotels Qrup” MMC-nin əməkdaşları üçün təlim keçirilib
14.11.2026 11:33
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Hotels Qrup” MMC-nin qida ilə təmasda olan əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub.
 
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, təlim zamanı iştirakçılara qüvvədə olan qanunvericiliyin tələbləri, qida məhsullarının qəbulu, saxlanması və emalı qaydaları, işçi heyətin şəxsi gigiyenası, eləcə də istehsal və iş sahələrində sanitariya-gigiyena normalarına dair ətraflı məlumat verilib.
 
Bununla yanaşı, çarpaz çirklənmə risklərinin qarşısının alınması, temperatur rejiminə nəzarət və qida məhsullarının təhlükəsiz hazırlanması məsələləri diqqətə çatdırılıb.
 
İnteraktiv formatda keçirilən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, əldə etdikləri biliklər qiymətləndirilib.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb