Alimlər sümük zədələrinin bərpasını sürətləndirən xüsusi hidrogel hazırlayıblar
13.11.2026 11:57

Professor Hyunq Coon Çanın rəhbərlik etdiyi tədqiqat qrupu sümük zədələrinin bərpasına kömək edə bilən innovativ hidrogel işləyib hazırlayıb. Elmi araşdırmalarda ümidverici nəticələr verən bu yeni texnologiya gələcəkdə sümük bərpasında müasir müalicə üsullarının yolunu aça bilər.

Aztibb.az "Biomaterials" dərgisin ə istinadən yazır ki, tədqiqatçıların ərsəyə gətirdiyi bu xüsusi hidrogel üç əsas komponenti özündə birləşdirir. Bunlar qəhvəyi dəniz yosunlarından əldə edilən və gel strukturunun yaranmasına kömək edən təbii maddə olan aljinat, materialın sümük və toxuma səthlərinə möhkəm yapışmasını təmin etmək üçün nəzərdə tutulmuş midyə yapışma zülalı və sümük toxumasının formalaşmasında mühüm rol oynayan mineral strukturların yaranmasına şərait yaradan kalsium birləşmələridir. Gel sümükdəki zədələnmiş nahiyəyə yeridildikdən sonra görünən işığın təsiri ilə bərkiyə bilir. Eyni proses zamanı sümük qrefti kimi istifadə oluna bilən xüsusiyyətlərə malik amorf kalsium fosfat mineralı əmələ gəlir ki, bu da materialın həm zədələnmiş bölgəyə yapışmasını, həm də sümük toxumasının yenilənməsini dəstəkləyir.

Tədqiqatçılar siçanlar üzərində yaradılmış sümük qüsurları üzərində apardıqları sınaqlarda gelin zədələnmiş nahiyəyə uğurla tətbiq olunduğunu və sümük yenilənməsini sürətləndirdiyini müşahidə ediblər. Lakin əldə olunan bu nəticələr nə qədər ümidverici olsa da, heyvan təcrübələrində qazanılan uğur metodun insanlarda da eyni təsiri göstərəcəyinə tam zəmanət vermir.

Tədqiqat hələlik insanlarda rutin müalicə üsulu kimi tətbiq olunmur. Bununla belə, gələcəkdə bu cür biomaterialların tətbiqi sümük transplantasiyası əməliyyatlarını xeyli asanlaşdıra və mürəkkəb sümük qüsurlarının bərpasına mühüm töhfə verə bilər. Yeni texnologiyanın geniş klinik praktikaya daxil olması isə gələcəkdə aparılacaq etibarlı insan tədqiqatlarının nəticələrindən asılı olacaq.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
Azərbaycan Tibb Universitetində I kurs rezidentləri ilə görüş keçirilib  
Professor Naziyə Şəmsədinskayanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Kliniki Tibbi Mərkəzin həkimi Real TV-yə müsahibə verib
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub