Bağırsaq polipləri nə zaman təhlükəli olur? Qastroenteroloqdan xəbərdarlıq
27.09.2026 12:22

Bağırsaq polipləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə və bəzi hallarda zamanla yoğun bağırsaq xərçənginə çevrilə bilər.

 

Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Rəfael Həsənovun sözlərinə görə, məhz bu səbəbdən poliplərin erkən aşkarlanması və vaxtında aradan qaldırılması ciddi xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Həkim bildirib ki, kolonoskopiya zamanı bağırsaq poliplərini erkən mərhələdə aşkar etmək və eyni prosedur çərçivəsində götürmək mümkündür. Onun sözlərinə görə, 45 yaşdan sonra, hətta heç bir şikayət olmasa belə, profilaktik kolonoskopiyanın aparılması tövsiyə olunur.

Rəfael Həsənov qeyd edib ki, ailəsində bağırsaq xərçəngi olan şəxslər isə daha erkən yaşda müayinədən keçməlidirlər.

“Erkən diaqnoz həyat qurtarır”, – deyə qastroenteroloq-endoskopist vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında daha bir lor əməliyyatı uğurla icra olunub   
Laparoskopik xolesistektomiya zamanı öd yolları zədələnən pasiyentə rekonstruktiv cərrahi əməliyyat icra olunub
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
90 yaşlı alimlə MÜSAHİBƏ
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb