Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub  
24.09.2026 09:57
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın rayon və kəndlərdə yaşayan sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlərin göstərilməsi üçün qrafikə uyğun davamlı olaraq tibbi aksiyalar təşkil olunur.
 
Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, əhalinin yaşayış məntəqələrində ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən növbəti belə aksiya Şərur rayonunun Kərimbəyli kəndində təşkil olunub.
 
 
“Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşmış həkim briqadası tərəfindən keçirilən aksiya çərçivəsində sakinlərin müxtəlif ixtisaslar üzrə tibbi müayinələri aparılıb, sağlamlıq vəziyyətləri qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.
 
Belə ki, aksiya zamanı ümumilikdə 98 tibbi müayinə həyata keçirilib. O cümlədən 33 USM, 21 endokrinoloq, 11 LOR, 10 pediatr, 8 rentgen, 8 nevropatoloq və 7 ginekoloji müayinə aparılıb.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub