Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
22.09.2026 17:07
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı pasiyentdə uşaqlıq sallanması və sidik saxlaya bilməmə şikayətləri ilə əlaqədar cərrahi əməliyyat icra olunub.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, pasiyentdə uşaqlıq sallanması və sidik saxlaya bilməmə problemi müəyyən edilib. Pasiyentə vaginal yolla, minimal invaziv yanaşma tətbiq edilməklə uşaqlığın xaric edilməsi və sidik kisəsinin yuxarı qaldırılması əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı çanaq orqanlarının anatomik dəstəyi də bərpa olunub.
 
Tədris Cərrahiyyə Klinikasının II Mama-ginekologiya şöbəsinin müdiri Turab Cabaxışov bildirib ki, uşaqlıq sallanmasına əsasən 53 yaşdan yuxarı qadınlarda rast gəlinir. Daha gənc yaşlarda bu patologiya nadir hallarda müşahidə olunur və ağır doğuşlar kimi amillərlə əlaqəli ola bilər.
 
Həkimin sözlərinə görə, tətbiq olunan cərrahi üsuldan sonra uşaqlıq sallanmasının təkrarlanma riski olduqca aşağıdır. Əməliyyat zamanı uşaqlıq və uşaqlıq yolu xaric edilir, eyni zamanda sidik kisəsi və düz bağırsağın anatomik vəziyyəti nəzərə alınaraq çanaq dibi strukturlarının dəstəyi bərpa olunur.
 
“Bu üsuldan sonra sallanmanın təkrarlanma ehtimalı demək olar ki, yoxdur. Çünki uşaqlıq yolu da çıxarılır və əvvəlki kimi sallanacaq orqan qalmır. Əməliyyat zamanı sidik kisəsi və düz bağırsağın anatomik vəziyyəti də nəzərə alınaraq çanaq dibi strukturlarının dəstəyi bərpa edilir”, deyə Turab Cabaxışov qeyd edib.
 
Qeyd edək ki, pasiyent daha əvvəl ATU-nun Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov tərəfindən böyrək transplantasiyası əməliyyatı keçirib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub