Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib  
21.09.2026 09:15
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında tibb bacıları və təsərrüfat bacılarının iştirakı ilə “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib.
 
Aztibb.az-a Sabirabad RMX-dan verilən məlumata görə, təlimin əsas məqsədi əməkdaşların pasiyentlərlə ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi, etik davranış prinsiplərinin gündəlik fəaliyyətdə düzgün tətbiqi və xidmət keyfiyyətinin artırılması olub.
 
Təlim zamanı pasiyentlərlə empatiya əsaslı və effektiv kommunikasiya, etik davranış prinsipləri, müraciətlərin düzgün və çevik yönləndirilməsi, eləcə də xidmət mədəniyyətinin inkişafı barədə ətraflı məlumat verilib.
 
Real situasiyalar əsasında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və praktik tövsiyələr təqdim olunub.
 
Qeyd edilib ki, bu cür təlimlərin davamlı keçirilməsi vətəndaş məmnuniyyətinin artırılmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb