50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
21.09.2026 15:30
Xətai Tibb Mərkəzində 50 yaşlı qadın pasiyent üzərində mürəkkəb əməliyyat həyata keçirilib. Mama-ginekoloq, cərrah Raul Əzimov tərəfindən aparılan müdaxilə zamanı çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, belə böyük ölçülü miomalar nadir hallarda rast gəlinir və çanaq orqanlarının anatomik vəziyyətini dəyişdirə, qonşu orqanlara mexaniki təzyiq göstərə və əməliyyat zamanı qanaxma riskini əhəmiyyətli dərəcədə artıra bilər.
 
Uğurla başa çatan əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Müalicəsi başa çataraq evə buraxılıb.
 
Qeyd edək ki, miomalar uzun müddət simptomsuz qala bildiyindən müntəzəm ginekoloji və ultrasəs müayinəsi onların erkən aşkarlanmasına və törəmənin həddindən artıq böyüməsinin qarşısının alınmasına imkan verə bilər.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub