Anal çatda əməliyyat nə zaman zərurətə çevrilir? - Proktoloq izah etdi
25.09.2026 13:28

Düz bağırsaq çatının (anal çatın) əməliyyatla müalicəsi xroniki və dərman müalicəsinə cavab verməyən hallarda tətbiq olunur.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah, proktoloq Janna Xudaverdiyevanın sözlərinə görə, ən çox edilən əməliyyat lateral internal sfinkterotomiyadır.

Bu zaman anus ətrafındakı daxili sfinkter əzələsinin kiçik bir hissəsi kəsilərək spazm azaldılır və çatın sağalmasına şərait yaradılır.

Əməliyyatın müddəti adətən 15–30 dəqiqə olur. Yerli, spinal və ya ümumi anesteziya ilə həyata keçirilə bilər. Çox vaxt gündəlik həyata qısa müddətdə qayıtmaq mümkündür, tam sağalma isə bir neçə həftə çəkə bilər. Xroniki anal çatlarda effektivliyi yüksəkdir.

Əsas risk sfinkterin zədələnməsi səbəbindən qazı və ya nəcis saxlama qabiliyyətində problem yaranmasıdır. Bu risk xüsusilə əvvəlki anal əməliyyat, doğuş zədələnməsi və ya sfinkter zəifliyi olan qadınlarda nəzərə alınmalıdır.

Əgər çat ilk dəfə yaranıbsa və kəskin mərhələdədirsə, adətən birbaşa əməliyyat edilmir. Əvvəlcə nəcisin yumşaldılması, lif, ilıq oturaq vannalar və yerli preparatlarla müalicə sınanır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim