Tənhalıq sağlamlığımıza düşündüyümüzdən daha çox təsir edir – Yeni araşdırma
27.09.2026 10:30

Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın xəstəliksiz yaşadığı illərin sayını əhəmiyyətli dərəcədə azalda bilər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Alimlər 40–69 yaş arasında olan 277 mindən çox insanın sağlamlıq göstəricilərini araşdırıblar. İştirakçılar diabet, ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri, demensiya, xərçəng, depressiya və təşviş pozuntusu kimi yeddi əsas xəstəlikdən əziyyət çəkməyən şəxslər olub.

Nəticələr göstərib ki, həm tənhalıq, həm də sosial təcrid yaşayan qadınlar 50 yaşdan sonra orta hesabla 2,4 il, kişilər isə 1,7 il daha az xəstəliksiz həyat keçiriblər. Psixi sağlamlıq baxımından fərq daha böyük olub: qadınlarda bu göstərici 3,7 il, kişilərdə isə 5,8 il təşkil edib.

Tədqiqatçılar vurğulayırlar ki, sosial təcrid və tənhalıq eyni anlayış deyil. Sosial təcrid insanın digər şəxslərlə əlaqələrinin və ünsiyyətinin məhdud olması, tənhalıq isə mənalı sosial əlaqələrin çatışmazlığından yaranan narahatedici hiss kimi izah olunur. Bu səbəbdən insan sosial baxımdan təcrid olunmuş olsa da, özünü tənha hiss etməyə bilər.

Araşdırmada sağlam qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmaq kimi sağlam həyat tərzi amillərinin sosial təcridlə əlaqəli xəstəliksiz həyat itkisini azaltdığı müəyyən edilib. Lakin bu amillər tənhalığın sağlamlığa təsirini əhəmiyyətli dərəcədə azaltmayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub