TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb  
22.09.2026 10:32

Tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tibbi yanaşmaların ölkəmizdə tətbiqinin təşviqi məqsədilə TƏBİB ilə Böyük Britaniyada fəaliyyət göstərən Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyası (ABADD) arasında görüş keçirilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ABADD-ın Baş icraçı direktoru Fidan İsrafilbəyli iştirak edib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibbi və akademik əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, birgə təlim və konfransların təşkili, beynəlxalq ekspert dəstəyinin göstərilməsi və tibb işçilərinin peşəkar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri görüşün əsas müzakirə mövzuları olub.

 

Görüş çərçivəsində TƏBİB və ABADD arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Əməkdaşlığın davamı olaraq, ABADD-ın Baş icraçı direktoru Fidan İsrafilbəylinin iştirakı ilə Yeni Klinikanın Mamalıq və ginekologiya şöbəsinin nümayəndələri arasında canlı konsiliumun keçirilməsi planlaşdırılır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub