Laparoskopik xolesistektomiya zamanı öd yolları zədələnən pasiyentə rekonstruktiv cərrahi əməliyyat icra olunub
18.09.2026 16:25
ATU-nun Tədris Cərrahiyyə Klinikasında əvvəllər icra olunmuş laparoskopik xolesistektomiya zamanı öd yolları zədələnən pasiyentə rekonstruktiv cərrahi əməliyyat icra olunub.
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov Aztibb.az-a bildirib ki, pasiyent təxminən üç ay əvvəl laparoskopik xolesistektomiya əməliyyatı zamanı öd yollarının zədələnməsi səbəbilə klinikaya müraciət edib. İlkin mərhələdə öd yollarının drenajı həyata keçirilib və pasiyentin vəziyyəti dinamik müşahidə olunub.
“İltihabi proseslərin səngiməsini və qaraciyər toxumasının bərpasını gözlədik. Sonrakı müayinələrin nəticələrinə əsasən pasiyent rekonstruktiv əməliyyat üçün hazır vəziyyətə gətirildi. Daha sonra öd yollarının rekonstruktiv əməliyyatını icra etdik.
Əməliyyat zamanı öd yolları boylama istiqamətdə açıldı və təxminən 4–5 santimetr ölçüdə anastomoz formalaşdırıldı. Ekstrahepatik öd yolları ilə Roux-en-Y üsulu ilə hazırlanmış nazik bağırsaq ilgəyi arasında hepaticojejunoanastomoz qoyuldu”, deyə professor Nuru Bayramov qeyd edib.
Hazırda pasiyentin ümumi vəziyyətinin yaxşı olduğu, əməliyyatdan sonrakı dövrdə müalicə və müşahidəsinin davam etdirildiyi bildirilib.
Bu bölməyə aid digər xəbərlər
Laparoskopik xolesistektomiya zamanı öd yolları zədələnən pasiyentə rekonstruktiv cərrahi əməliyyat icra olunub
18.09.2026 | 16:25
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
18.09.2026 | 12:18
Azərbaycan səhiyyə xərclərini 3 % artırır
17.09.2026 | 10:46
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
17.09.2026 | 09:49
TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir
16.09.2026 | 13:42
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası
15.09.2026 | 16:45
Azərbaycan və Qazaxıstan sanitariya-epidemioloji nəzarət sahəsində əməkdaşlığa dair Memorandum imzalayıb
15.09.2026 | 14:39
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Sabunçu Tibb Mərkəzində mürəkkəb cərrahi əməliyyat
14.09.2026 | 14:46
ÇOX OXUNANLAR
Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib
09.09.2026 | 16:33
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
09.09.2026 | 17:40
Diabetlilər üçün qida seçimləri
09.09.2026 | 14:52
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
09.09.2026 | 12:42
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib
12.09.2026 | 16:19
TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb
11.09.2026 | 15:51
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək”
10.09.2026 | 19:54
Kəlbəcərdə uşaqların peyvəndlənməsi məqsədilə səyyar tibbi xidmət təşkil edilib
09.09.2026 | 11:12
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
ATU-da sənəd qəbulu davam edir
09.09.2026 | 10:17
Daha bir tibb müəssisəsində kök hüceyrə transplantasiyasına başlanılacaq
09.09.2026 | 20:18

