Xroniki böyrək xəstəliyi kişinin barmaqlarını qısaltdı - Nadir xəstəlik
04.09.2026 09:28

Tailanddan olan 46 yaşlı kişi əl barmaqlarındakı qeyri-adi dəyişikliklə əlaqədar həkimə müraciət edib. Bir neçə il ərzində onun barmaqları tədricən qısalaraq enliləşib, lakin bu müddətdə heç bir ağrı hiss etməyib.

 

Aztibb.az "The New England Journal of Medicine" jurnalına istinadən yazır ki, mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, pasiyentin uc (distal) falanqalarının sümük toxumasında destruksiya baş verib. Barmaqların ucundakı sümüklərin tədricən rezorbsiyaya uğraması ilə müşayiət olunan bu nadir vəziyyət akroosteoliz adlanır. Müraciətdən on il əvvəl kişiyə böyrək daşları səbəbindən sidik axınının pozulması ilə bağlı xroniki böyrək xəstəliyi diaqnozu qoyulubmuş. Lakin o, mütəmadi həkim nəzarətindən keçməyib.

 

Müayinə zamanı həkimlər əl barmaqlarının uclarının qısaldığını və toppuzvari forma aldığını müəyyən ediblər. Bənzər, lakin daha zəif nəzərə çarpan dəyişikliklər ayaq barmaqlarında da müşahidə olunub. Rentgen müayinəsi falanqaların uclarındakı sümük sahələrinin demək olar ki, yox olduğunu göstərib. Bundan əlavə, mütəxəssislər sümük sıxlığının azalmasını, damarlarda kalsium çöküntülərini və sümük toxumasında maddələr mübadiləsinin ağır dərəcədə pozulması ilə bağlı digər dəyişiklikləri qeydə alıblar.

 

Həkimlər akroosteolizin inkişafını ağır böyrək xəstəliyi fonunda yaranan böyrək osteodistrofiyası və qalxanabənzər ətraf vəzilərin fəaliyyətinin pozulması (hiperparatiroidizm) ilə əlaqələndiriblər.

 

Dializə və aparılan müalicəyə baxmayaraq, qanda kalsiumun səviyyəsi yüksək olaraq qalıb. Üç aydan sonra pasiyentə qalxanabənzər ətraf vəzilərin çıxarılması (paratiroidektomiya) və toxumanın bir hissəsinin autotransplantasiyası əməliyyatı icra edilib.

 

Cərrahi müdaxilədən altı ay sonra hormon və kalsium göstəriciləri normallaşıb. Bununla belə, barmaq sümüklərinin artıq destruksiyaya uğramış hissələri bərpa olunmayıb.

 

Sümüklərin və ətrafların nadir xəstəlikləri uzun müddət simptomsuz keçə və yalnız ciddi fəsadlar mərhələsində üzə çıxa bilər. Mütəxəssislər əl və barmaqlardakı dəyişikliklərin əlavə müayinə tələb edən hansı nadir xəstəliklərin əlaməti ola biləcəyini bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub