Süni bal saxarozanın hidroliz məhsulu kimi
04.09.2026 09:20

Oliqosaxaridlərin geniş yayılan və əhəmiyyətli nümayəndələri biozalardır ki, bunlar da 2 monoza qalıqlarından ibarətdir. Özü də bu monoza qalıqları həm eyni, həm də müxtəlif ola bilər. Yeri gəlmişkən demək vacibdir ki, monozalar bioza və poliozaların tərkibində ancaq tsiklik formada olurlar. Bioza əmələ gələndə birinci monozanın həmişə qlikozid OH-ı, ikinci monozanın isə ya həmin, ya da hər hansı spirt OH-ı iştirak edir. Deyiləndən aydın olur ki, bioza əmələ gələndə ya 1, ya da 2 qlikozid OH-ı iştirak etdiyindən hər iki halda monoza molekulları arasında yaranan rabitə qlikozid rabitəsi adlanır. Saxaroza əmələ gələndə hər iki monozanın qlikozid OH-ı iştirak edir və buna görə də o reduksiya olunmayan disaxaridlərə aiddir. Onu da demək vacibdir ki, saxarozanın tərkibində həm D-qlükoza, həm də D-fruktoza qalığı olur və bunlardan qlükoza α-D-qlükopiranoza, fruktoza isə β-D-fruktofuranoza şəklindədir. Məhz buna görə də saxarozanın quruluşu və adlarının kimyəvi cəhətdən oxunma qaydası aşağıdakı kimidir.

 

 

Saxaroza həm şəkər çuğundurunda (özündə 18%, quru maddəsində 28%-ə qədər) və şəkər qamışında, həm də bitki və meyvə şirələrində olur. Saxaroza şəkər çuğunduru və qamışından alınır, onu sintetik yolla almaq mümkün olmamışdı. Saxaroza hidroliz edəndə D-qlükoza və D-fruktoza piranoza formada yarandığı halda onun tərkibində D-qlükoza piranoza, D-fruktoza isə furanoza şəklindədir. Saxarozada hər iki qlikozid OH-ı monozalar arasında  rabitənin yaranmasında iştirak etdiyindən həm  qlükoza,  həm də fruktoza adı deyiləndə birinci ola bilər. Saxarozanın quruluşunu üfüqi istiqamətdə yazmaq üçün onun  furanoza tsiklini çevirmək lazımdır ki, həm tsiklin, həm də qlikozid rabitənin oksigen atomları aşağı düşsün. Bu isə furanoza tsiklinin adi yazılışının əksinə dəlalət etdiyindən ondakı bütün əvəzləyicilər (üstəkilər-aşağı, aşağıdakılar-yuxarı) yerini dəyişir.

 

Saxarozanın  istər mineral turşunun, istərsə də həzm yolundakı saxaraza (invertaza) fermentin təsiri ilə hidrolizindən bərabər miqdarda D-qlüko- və D-fruktopiranozaların qarışığı əmələ gəlir ki, buna da invert (dəyişən) şəkər yaxud süni bal deyilir. Təbii balın tərkibində 92-99% invert şəkər olur (şəkil 2).

 

 

İlkin saxaroza məhlulu sağa fırlatma bucağına, hidroliz nəticəsində əmələ gələn invert şəkər (piranoza şəklində D-qlükoza və D-fruktoza qarışığı) isə sola fırlatma bucağına malikdir (şəkil 3).

 

 

 

 

Hidroliz nəticəsində fırlatma bucağının istiqamətinin dəyişməsinə inversiya (latınca inversiya – çevrilmə mənalıdır) deyilir. Deməli, inversiya mürəkkəb şəkərin sadə şəkərlərə çevrilməsidir. Ümumiyyətlə şəkərlərin inversiyası oliqosaxaridin monozalara turş və ya fermentativ hidrolizini göstərir. Bu termin əsasən saxarozanın hidrolizini xarakterizə edir. Süni balın tərkibində D-fruktozanın təyinində xlorid turşusu mühitində Selivanov tesindən, hər iki monosaxaridin eyni zamanda analizində isə sulfat turşusunun iştirakında Moliş reaksiyasından geniş istifadə edilir.

 

Qulu Bağırzadə, ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub