Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
26.08.2026 11:16

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində müxtəlif profilli xəstələrə 24/7 rejimində reanimasiya tədbirləri kompleksi və intensiv terapiya xidmətləri göstərilir.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, şöbənin tibb heyəti zəngin təcrübəyə malik, ağır xəstələrə qayğı göstərmək üçün reanimasiya və intensiv terapiya sahəsində ixtisaslaşmış yüksəkixtisaslı mütəxəssislərdən ibarətdir.

 

Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov və şöbənin anestezioloq-reanimatoloqları Xəyal Məmmədov, Mehdi Əliyev, Rəşad Nəsirli, Şahin Mazanov, Sevda Quliyeva, Könül Həsənova və Günel Cəfərova hər bir pasiyentə diqqət və şəfqətlə yanaşaraq, 24/7 rejimində qayğı göstərir, intubasiya, süni tənəffüs, hemodinamik monitorizasiya, kompleks reanimasiya tədbirlərini, eləcə də cərrahi əməliyyat sonrası baxımdan tutmuş, ağır infeksiyalar, şok, poliorqan çatışmazlığı və digər həyati riskli vəziyyətlərdə xəstələrin sağlamlığını qorumaq və bərpasını sürətləndirmək üçün fəaliyyət göstərirlər.

 

Şöbə müasir və texnoloji avadanlıqlarla təchiz olunub, bu da dünyada qəbul olunmuş standartlar və anestezioloji protokollar əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə, habelə xəstənin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrlərini seçmək mümkündür. Bu da öz növbəsində xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.

 

Şöbədə mürəkkəb cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrin vəziyyətinin fasiləsiz monitorinqi həyata keçirilir. Müasir oksigen funksiyası monitorları vasitəsilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiq, qaz mübadiləsi, bədən temperaturu, orqan fəaliyyətləri və qan oksigenlə zənginliyi kimi həyati vacib funksiyalar daim nəzarət altında saxlanılır. Cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrə nəzarət və müalicə tətbiq edilir.

 

Hospitalımızın ən böyük üstünlüyü isə odur ki, hər bir xəstə ağırlıq dərəcəsindən asılı olmayaraq - 24/7 rejimində tam təhlükəsiz və yüksək peşəkarlıqla reanimasiya şöbəsinə qəbul edilərək, sağlamlığı üçün etibarlı və şəfqətli tibbi xidmət alır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır