Qulaq məməsindəki Frank xətti ürək-damar xəstəliklərinin əlaməti ola bilərmi?
03.09.2026 09:36

Qulaq məməsində təxminən 45 dərəcə bucaq altında uzanan diaqonal xətt, tibbi ədəbiyyatda Frank xətti adlanır. Aparılan bəzi araşdırmalar bu xətt ilə koronar arteriya xəstəliyi arasında əlaqə ola biləcəyini göstərir.

Aztibb.az "Haber Türk"ə istinadən yazır ki, Türkiyə Kardiologiya Dərnəyinin rəhbəri, professor Ertuğrul Okuyanın sözlərinə görə, Frank xətti ürək-damar xəstəlikləri üçün potensial risk göstəricisi hesab edilə bilər. Lakin onun mövcudluğu insanın mütləq ürək-damar xəstəliyindən əziyyət çəkdiyi anlamına gəlmir. Qulağında bu xətt olan, lakin damarları tamamilə normal olan insanlar da var.

Mütəxəssis bildirir ki, Frank xəttinin yaranması oksidativ stress, damarların daxili və orta təbəqələrinin qalınlaşması, həmçinin dəri və elastik liflərdə yaşlanma ilə bağlı dəyişikliklərlə əlaqəli ola bilər. Buna görə xətt damarların bioloji yaşlanmasının mümkün göstəricilərindən biri kimi qiymətləndirilir.

Bəzi genişmiqyaslı araşdırmalar Frank xəttinin koronar arteriya xəstəliyi riski və mövcud xəstəliyin ağırlığı ilə əlaqəli ola biləcəyini göstərib. Həmçinin onun beyin-damar xəstəlikləri ilə mümkün əlaqəsinə dair müəyyən məlumatlar əldə edilib.

Professor Okuyan vurğulayır ki, Frank xətti yalnız risk faktoru kimi nəzərdən keçirilməlidir və diaqnoz qoymaq üçün kifayət deyil.

Mütəxəssis xüsusilə 30 yaşdan sonra, Frank xəttinin olub-olmamasından asılı olmayaraq, arterial təzyiqin, xolesterin və digər qan yağlarının, eləcə də qan şəkərinin mütəmadi yoxlanılmasını tövsiyə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub