Spinal anesteziya nədir?
04.09.2026 15:16

Spinal anesteziya — əməliyyat zamanı bədənin beldən aşağı hissəsini müvəqqəti keyləşdirən anesteziya növüdür. Bel nahiyəsində çox incə iynə ilə onurğa beyni mayesinin olduğu sahəyə anestezik dərman yeridilir. Dərman sinirlərdən gələn ağrı siqnallarını müvəqqəti bloklayır.

 

Bu barədə Aztibb.az-a məlumat verən Xətai Tibb Mərkəzinin həkim-anestezioloqu Səidə Cəbrayılova bildirib ki, spinal anesteziya zamanı bir neçə dəqiqə ərzində ayaqlarda istilik, keyimə və ağırlıq yaranır. Sonra ayaqları hərəkət etdirmək mümkün olmur. Ağrı hiss edilmir, amma insan adətən ayıq olur.

 

Onun sözlərinə görə, spinal anesteziya aşağıdakı əməliyyatlarda istifadə olunur:
Qeysəriyyə əməliyyatı
Ayaq və diz əməliyyatları
Qasıq və aşağı qarın nahiyəsi əməliyyatları
Bəzi uroloji və ginekoloji əməliyyatlar.


Spinal anesteziyanın üstünlüyündən bəhs edən həkim vurğulayıb ki, ümumi narkozdan fərqli olaraq xəstə adətən özü nəfəs alır və ayıq qala bilər; ürəkbulanma və yuxululuq da bəzi hallarda daha az olur.

"Dərmandan asılı olaraq adətən bir neçə saat ərzində ayaqlardakı hiss və hərəkət tədricən bərpa olunur.
Bəzən spinal anesteziyadan sonra baş ağrısı, təzyiqin düşməsi, ürəkbulanma və bel nahiyəsində narahatlıq yarana bilər, lakin ciddi fəsadlar nadirdir", - deyə Səidə Cəbrayılova əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub