Yaponiyada süni eritrosit hazırlanıb - Bütün qan qrupları üçün uyğun ola bilər
23.07.2026 14:43

Yaponiyanın Nara Tibb Universitetinin professoru Hiromi Sakainin rəhbərlik etdiyi tədqiqat qrupu eritrositləri əvəz edə biləcək hemoglobin vezikulları (HbV) texnologiyasını hazırlayıb.

 

Aztibb.az "Pharm.doc"un məlumatına istinadən yazır ki, bu yanaşmada alimlər istifadə müddəti başa çatmış donor qanından hemoglobini ayıraraq onu qoruyucu lipid qişası daxilində yerləşdirirlər. Nəticədə oksigen daşıya bilən süni eritrosit analoqu əldə edilir.

 

Yeni texnologiyanın əsas üstünlükləri bunlardır:

 

Bütün qan qrupları üçün uyğundur. Lipid qişasının səthində qan qrupunu müəyyən edən antigen zülalları olmadığından məhsulun immun rədd reaksiyası yaratma riski xeyli azalır.

 

Uzunmüddətli saxlanma imkanı. Preparat dondurulmadan otaq temperaturunda 2 il, soyuducuda isə 5 ilədək öz xüsusiyyətlərini qoruyur. Müqayisə üçün qeyd edək ki, adi donor qanı təxminən 42 gün saxlanıla bilir.

 

Klinik sınaq mərhələsindədir. Hazırda texnologiya klinik tədqiqatlardan keçir. Mütəxəssislərin planına əsasən, uğurlu nəticələr əldə olunacağı təqdirdə onun geniş klinik tətbiqinə 2030-cu ildən başlanılması nəzərdə tutulur.

 

Əgər texnologiya klinik sınaqlarda gözlənilən nəticələri doğruldarsa, HbV preparatları təcili yardım, hərbi tibb, təbii fəlakətlər və donor qanının məhdud olduğu hallarda qan köçürməsinə alternativ həll kimi mühüm rol oynaya bilər.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib