Vitamin çatışmazlığının səbəbi bağırsaqlar ola bilər
19.07.2026 15:44
Vitamin qəbul etməyinizə baxmayaraq analizləriniz yaxşılaşmırsa buna səbəb bəzən qəbul etdiyiniz vitaminlər deyil, onların bağırsaqlarda kifayət qədər sorulmaması ola bilər.
 

Bu barədə Aztibb.az-a HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti məlumat verib.

 

Onun sözlərinə görə, bağırsaq xəstəlikləri bəzi vitamin və mineralların mənimsənilməsini poza bilər.

Ən çox rast gəlinən çatışmazlıqlar:
Dəmir
Vitamin B12
Fol turşusu
Vitamin D.
 
 
Anar Əliyev qeyd edib ki, nəticədə aşağıdakı şikayətlər yarana bilər:
Yorğunluq və halsızlıq
Saç tökülməsi
Dırnaqların kövrəkləşməsi
Dərinin solğun görünməsi
Əllərdə və ayaqlarda keyimə.
 
"Uzun müddət davam edən vitamin çatışmazlığı yalnız əlavələrlə deyil, onun əsas səbəbinin araşdırılması ilə həll olunmalıdır. Lazım gəldikdə endoskopik müayinə və digər diaqnostik üsullar bağırsaqların vəziyyətini qiymətləndirməyə kömək edir.
Sağlam bağırsaq vitaminlərin düzgün mənimsənilməsinin əsas şərtidir", - deyə o, əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib