Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
16.09.2026 14:43

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, imtahanda 3 namizəd iştirak edib. İmtahan şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə elektron formatda təşkil edilib.

 

Hər bir namizəd fərdi kompüterlə təmin olunub və onlar üçün 60 test sualından ibarət fərdi test variantı formalaşdırılıb.
İmtahan müəyyən edilmiş vaxt limiti və vahid balla qiymətləndirmə sistemi əsasında keçirilib. Nəticələr elektron sistem vasitəsilə qeydə alınıb və qiymətləndirilib.
İmtahanda iştirak edən hər üç namizəd müəyyən edilmiş keçid balını toplayaraq imtahanı uğurla başa vurub.

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktorantura hazırlığında şəffaflıq, obyektiv qiymətləndirmə və yüksək elmi potensiala malik gənc mütəxəssislərin seçilməsi əsas prinsiplərdən biridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Qazaxda ana və körpənin həyatı xilas edilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Dəridə səpgilər nədən xəbər verir?
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Diabetlilər üçün qida seçimləri
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib