Nitq uşaqların əqli inkişafının əsas göstəricisidir
20.09.2026 18:20
Nitq uşaqların əqli inkişafının əsas göstəricisidir.
 
Aztibb.az-ın xəbərinə görə, uşaqlarda ekspressiv və reseptiv olmaqla, iki cür nitq formalaşır:
 
Ekspressiv nitq uşağın ifadə dilidir. Onlar məhz ekspressiv nitq vasitəsilə istəklərini dilə gətirir. Reseptiv nitq isə anlama dilidir. Yəni uşaqlar reseptiv nitq vasitəsilə deyilənləri anlayır. Uşaqlar bir yaşında məna ifadə edən bir söz deyə bilirsə, həmçinin ona deyilən və hərəkət ifadə edən (gəl, al, dayan, oyna və s.), eyni zamanda, əşyaların adlarını deyəndə başa düşürsə, bu norma hesab edilir. Təxminən, iki yaş civarında məna kəsb edən altı söz bilməlidir. İstədiklərini başa salmaq üçün sözlərdən və jestlərdən istifadə etməlidir. 36-42 aylığında (üç yaş civarında) dörd sözdən ibarət cümlələr qurmalı, baş verənləri və ya qısa hekayələri ifadə etməlidir.
 
Uşaqlar sadalanan formada sözlər demirsə və fikrini ifadə edə bilmirsə, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır. Ola bilər ki, uşaq eşitmir və ona görə də danışmır. Üç yaşına qədər danışa bilmirsə, həmçinin eşitməsində heç bir problem yoxdursa, o zaman uşaqlar nevropatoloq və psixiatrlar tərəfindən yoxlanılır. Spektr, autizm olub-olmaması dəqiqləşdirilir. Uşağın kimlərlə kontaktda olması kimi amillər onların nitqinin inkişafında rol oynayan əsas məqamlardır. Bəzən uşaqların danışığı zamanı səsləri düzgün tələffüz etməmələri hallarına da rast gəlinir. Üç-dörd yaşına qədər belə hal olarsa, bu normal qəbul edilir. Amma məktəb yaşına qədər bu hal düzəlməlidir. Əgər bu proses davam edərsə, uşaqla loqoped məşğul olmalıdır. Nitqin düzgün olmamasına səbəb olan amillərdən biri də ağız boşluğunda hər hansı qüsurların olmasıdır.
 
Uşaqları yedirəndə və ya digər vaxtlarda telefon, planşet və digər texnoloji avadanlıqlardan istifadə əvəzinə rəngli şəkillər, quşlar, heyvanlar, təbiət aləmini əks etdirən görüntülər olan kitablar vermək lazımdır. Valideyn kitabı vərəqləyərək, orada göstərilən cisimləri tələffüz etməlidir. Həmin sözlər uşaqların beynində formalaşmalıdır. Bir yaşlı uşaq bir neçə sadə və rahat tələffüz olunan sözlər deməlidir. Məsələn, ana, ata, nənə, baba və s. Artıq iki yaşına qədər uşaqlar 10-a yaxın rahat tələffüz edilən sözlər deməlidir. İki yaşında isə iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Məsələn: “çay istəyirəm”, “gəl, gedək” kimi və s. Üç yaşlı uşaqlar isə nisbətən daha mürəkkəb cümlələr qurmağı, həmçinin saymağı və rəngləri seçməyi bacarmalıdır. 4-5 yaşında isə dörd-beş sözdən ibarət cümlələr qurmalıdır.
 
Uşaqların inkişaf mərhələləri düzgün olarsa, məktəbə gedən zaman həm dərsləri qavrama, həm də fikirlərini daha düzgün ifadə etmək qabiliyyəti də inkişaf edəcək. Nitq qüsurlarının müalicəsi həm loqoped və psixoloqların iştirakı ilə aparıla bilər. İrəliləyən yaşlarda nitq geriləmələri və digər qüsurlar qaldıqda, dərman müalicəsi ilə də bunun qarşısını almaq mümkündür.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub