Uşağın göz qırpma tezliyi onun beyin inkişafı haqqında məlumat verə bilər - Tədqiqat
21.09.2026 13:06

Uşaqların göz qırpma xüsusiyyətlərinin təhlili bu sadə davranışla koqnitiv çeviklik və beynin müəyyən nahiyəsindəki aktivlik arasında əlaqə olduğunu göstərib.

Aztibb.az "Communications Psychology" jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, tədqiqata görə, göz qırpma tezliyi uşaqlarda icraedici funksiyaların inkişafı barədə müəyyən məlumat verə bilər. Bu funksiyalara diqqəti və davranışı idarə etmək, qaydalar dəyişdikdə düşüncəni uyğunlaşdırmaq və bir fəaliyyətdən digərinə keçmək daxildir. Xüsusilə məktəbəqədər dövrdə bu qabiliyyətlər sürətlə inkişaf edir.

Yaponiyanın Tsukuba Universitetindən Ryuta Kuamizu və həmkarları Osaka və Kiotodakı məktəbəqədər müəssisələrdən 35–80 aylıq 113 uşağın məlumatlarını araşdırıblar. Uşaqlar kartları çeşidləyərkən onların təbii göz qırpma tezliyi qeydə alınıb. Kartlar əvvəlcə rənginə, daha sonra formasına görə çeşidlənib və qaydalar bir neçə dəfə dəyişdirilib.

Nəticələrə görə, daha çox göz qırpan uşaqlar qaydalar dəyişdikdə tapşırığı daha dəqiq yerinə yetiriblər. Yaş amili nəzərə alındıqdan sonra da bu əlaqə müəyyən dərəcədə qorunub. Bununla belə, tədqiqat göz qırpmanın düşünmə qabiliyyətini artırdığını göstərmir. Söhbət yalnız iki göstərici arasındakı əlaqədən gedir.

Alimlər uşaqların beyin fəaliyyətini də funksional yaxın infraqırmızı spektroskopiya (fNIRS) üsulu ilə araşdırıblar. Xüsusi diqqət diqqət və davranışın idarə edilməsində mühüm rol oynayan prefrontal korteksə yönəldilib. Daha mürəkkəb, qaydaların dəyişdirilməsini tələb edən mərhələlərdə bu nahiyənin aktivliyi artıb. Xüsusilə sağ dorsolateral prefrontal korteksin (rDLPFC) aktivliyi həm göz qırpma tezliyi, həm də qaydalar arasında keçidin səmərəliliyi ilə əlaqələndirilib.

Tədqiqatçılar göz qırpmanın beyindəki dopamin sistemi ilə qismən əlaqəli ola biləcəyini düşünürlər. Lakin uşaqlarda dopamin səviyyəsi birbaşa ölçülməyib və göz qırpmağa asetilxolin və noradrenalin kimi digər neyrokimyəvi sistemlər də təsir göstərə bilər.

Alimlər vurğulayırlar ki, tədqiqat uzunmüddətli müşahidə xarakteri daşımayıb. Buna görə göz qırpma, beyin aktivliyi və koqnitiv çevikliyin zamanla necə birlikdə dəyişdiyini müəyyən etmək mümkün deyil.

Hazırda göz qırpma tezliyini beyin inkişafının mümkün xarici göstəricisi kimi nəzərdən keçirmək olar, lakin onu uşağın beyin kimyası və ya düşünmə qabiliyyətinin birbaşa ölçüsü hesab etmək düzgün deyil.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub