Yalın ayaqlar ətraf mühitdən daha çox sensor məlumat qəbul edir
20.09.2026 11:14

Ayaqyalın gəzməyin başdan ayağa bütün orqanizm üçün faydaları var. Bu, ayaqların fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, beynin işini də stimullaşdırır.

Aztibb.az xəbər verir ki, "The Epoch Times" nəşrinə müsahibəsində manual terapiya üzrə mütəxəssis Mark Morningstar  bildiribki, ayaqlarınız torpaqla əsas təmas nöqtəniz və sinir sisteminiz üçün başlıca məlumat mənbəyidir.

Ayaqyalın gəzməyin ən nəzərəçarpan faydaları ayaqların vəziyyətində və hərəkət tərzimizdə özünü göstərir. Uşaqlıqdan etibarən tez-tez ayaqyalın gəzən insanlarda ayağın quruluşunda və hərəkət vərdişlərində müəyyən dəyişikliklər müşahidə olunur. Uşaqlarda isə tullanma və tarazlığı qoruma bacarıqlarının daha yaxşı inkişaf etdiyi müəyyən edilib.

Oxşar nəticələr idmançılarda da müşahidə olunur. Məsələn, ayaqyalın məşq edən gimnastların sinir-əzələ nəzarətinin daha yaxşı olduğu, daha sabit hərəkət etdikləri və ayaq əzələlərinin daha güclü olduğu göstərilib.

“Ayaqyalın gəzmək ayağın dərin əzələlərinin mümkün qədər səmərəli işləməsinə imkan verir”, – Morningstar deyib.

Ayağın daxilində yerləşən bu kiçik əzələlər tarazlığın qorunması və dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Müasir ayaqqabılar ayağın dərin əzələlərinin aktiv işləməsinə olan ehtiyacı azalda bilər. Onlar, bir qayda olaraq, ayaq tağını dəstəkləmək üçün vacib olan kiçik əzələlərin üzərinə düşən yükü azaldır. Zaman keçdikcə bu, həmin əzələlərin inkişafını ləngidə və kifayət qədər fiziki aktivlik olmaması səbəbindən zəifləməsinə gətirib çıxara bilər.

Ayaqlar bədən hərəkətlərinin əsasını təşkil etdiyindən, ayaq əzələlərinin zəifləməsi onurğanın sağlamlığına da təsir göstərə bilər.

“Bu, hərəkətlərin və bədən duruşunun yaxşılaşdırılması üçün faydalı vasitə ola bilər”, – Morningstar bildirib.

Ayaqyalın gəzməyin faydaları yalnız ayaqlarla məhdudlaşmır. Bu vərdiş beyin və sinir sisteminə də müsbət təsir göstərə bilər.

Bir araşdırmada ayaqyalın və idman ayaqqabısı ilə gəzməyin yeniyetmələrin idrak funksiyalarına təsiri müqayisə edilib. Hər iki qrup 12 həftə ərzində həftədə dörd dəfə 40 dəqiqəlik gəzintilərdə iştirak edib. Tədqiqatçılar proqramdan əvvəl və sonra elektroensefaloqrafiya (EEQ) vasitəsilə beyin fəaliyyətini izləyiblər.

Nəticədə ayaqyalın gəzən qrupda stress və hiperaktivliklə əlaqələndirilən beyin dalğalarının əhəmiyyətli dərəcədə azaldığı, daha sakit, rahat, lakin eyni zamanda ayıq zehni vəziyyətlə əlaqəli beyin dalğalarının isə artdığı müəyyən edilib. Həmin qrupda idrak proseslərinin sürəti və diqqət göstəricilərində də nəzərəçarpan yaxşılaşma, ümumi beyin stressində isə azalma müşahidə olunub.

“Ayaqlar inteqrasiya olunmuş nevroloji sistemin yalnız bir hissəsidir”, – Morningstar bildirib.

Bunun mümkün izahlarından biri ayaqyalın ayaqların ayaqqabıdakı ayaqlardan daha çox sensor məlumat qəbul etməsidir. Ayaqlarda yerləşən çoxsaylı sinir reseptorları daim beyinə geribildirim ötürür. Ayaq barmaqlarının hərəkəti isə beyinə qan və oksigen axınının artmasına da kömək edə bilər.

Bu sensor siqnallar həmçinin vegetativ sinir sisteminə təsir göstərir. Sinir sisteminin əsasən avtomatik fəaliyyət göstərən bu hissəsi ürək döyüntüsünün tezliyi və stresə cavab reaksiyası kimi funksiyaları idarə edir. Ayaqların təbii səthlərlə birbaşa təmasının rahatlamağa və orqanizmin stressdən sonra bərpasına kömək etdiyi göstərilib.

“Söhbət sinir sisteminə təhlükəsizlik, mövcudluq və bağlılıq hissini yaşamaq üçün daha bir imkan verməkdən gedir”, – inteqrativ məsləhətçi və sinir sisteminin tənzimlənməsi üzrə mütəxəssis Sandra Nathan The Epoch Times nəşrinə bildirib.

İnsan keçmişlə bağlı narahat düşüncələrə dalmaq və ya gələcəklə bağlı qayğı keçirmək əvəzinə diqqətini təbii şəkildə indiki ana – ayaqlarının altındakı torpağa yönəldir.

“Bu dəyişiklik vacibdir, çünki sinir sistemi yalnız düşüncələrimizə deyil, bədənimizin yaşadığı təcrübələrə də reaksiya verir”, – Nathan deyib.

Ayaqyalın gəzmək iltihabın azalmasına da kömək edə bilər. Bunun iki mümkün mexanizmlə əlaqəli olduğu düşünülür: ayaq altına tətbiq edilən təzyiqin sinir uclarını stimullaşdırdığı refleksoterapiya və ayaq altının birbaşa torpaqla təması zamanı baş verdiyi deyilən “torpaqlanma” prosesi.

Bundan əlavə, ayaqyalın gəzməyin serotonin səviyyəsini artırdığı da göstərilib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində memorandum imzalanıb
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində səyyar tibbi aksiya keçirilib