Zəka barmaqların ucundadır: Məktəbəqədər uşaqları niyə qadcetlərə öyrəşdirmək olmaz?
19.09.2026 16:04

Məktəbəqədər yaş dövründə qadcetlərdən həddindən artıq istifadə uşağın nitq inkişafının ləngiməsinə səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə ailə və uşaq psixoloqu Qalina Reyntal NEWS.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, ekranlarla davamlı təmas uşağın diqqətinin, təxəyyülünün və müstəqil oyun bacarığının inkişafı üçün zəruri olan təcrübələri sıxışdırıb aradan çıxarır. Erkən yaş dövründə əsas koqnitiv funksiyaların təməli qoyulur və onların formalaşması üçün uşağın ətraf aləmlə müxtəlif və canlı təmasda olması vacibdir.

“Uşağın zəkası barmaqlarının ucundadır”, – deyə psixoloq xatırladıb.

Uşaq plastilinlə fiqurlar hazırlayarkən, konstruksiyalar qurarkən, müxtəlif teksturaya malik materiallara toxunarkən həm idrak bacarıqlarını, həm də kiçik motorikasını inkişaf etdirir. Qadcetlərdəki interaktiv oyunlar isə görüntülərin parlaqlığı, kadrların sürətlə dəyişməsi və səslərin bolluğu baxımından uşağın diqqətini daha asan cəlb edir.

Uşağın danışmağı öyrənməsi üçün böyüyün üzünü görməsi, dodaqlarının hərəkətini izləməsi, canlı nitqi eşitməsi və sözləri ətrafındakı əşyalarla əlaqələndirməsi vacibdir.

“Qadcetlərin öz-özlüyündə zərərli olduğunu demək olmaz. Lakin onlardan həddindən artıq istifadə nitqin, diqqətin, təxəyyülün və müstəqil oyun bacarığının inkişafı üçün zəruri olan təcrübələri sıxışdırıb aradan çıxara bilər”, – Reyntal izah edib.

Psixoloq əlavə edib ki, qadcet uşağa demək olar ki, heç bir səy göstərmədən sürətli və parlaq stimul təqdim edir. Uşaqlar qısa müddətdə yüksək intensivlikdə səslərə və görüntülərə alışırlar. Nəticədə sakit və daha az stimullaşdırıcı məşğələlər onlara darıxdırıcı görünməyə başlayır.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub