Qalxanabənzər vəz xərçənginin yayılma tezliyi artıb - Araşdırma
19.09.2026 11:22

Dünyanın nüfuzlu tibb jurnallarından biri olan JAMA-da dərc edilən yeni araşdırmaya görə, qalxanabənzər vəz xərçənginin dünyada rastgəlmə tezliyi 185 faiz artıb. 195 ölkəni əhatə edən araşdırmada dünyada xəstəlikdən ölüm göstəriciləri artdığı halda, Türkiyədə bu göstəricinin azalmasıdır.

Aztibb.az "T24"ə istinadən yazır ki, araşdırmanı qiymətləndirən Yeditepe Universitetinin Endokrin Cərrahiyyə şöbəsinin professoru Erhan Ayşanın sözlərinə görə, qalxanabənzər vəz xərçənginin yayılmasında artım narahatedici göstəricidir. O bildirib ki, bəzi ölkələrdə xəstəlikdən ölüm göstəricilərinin artımı 80 faizə çatır. Türkiyədə isə xəstələnmə hallarının artmasına baxmayaraq, ölüm göstəriciləri ABŞ, Çin və Hindistandan fərqli olaraq azalır. Professor bunu ölkədə qalxanabənzər vəz xəstəlikləri və zobla bağlı məlumatlılığın daha yüksək olması ilə əlaqələndirib.

Qalxanabənzər vəz xərçəngində əsas risk amilləri

Professor Erhan Ayşan xüsusilə Qara dəniz və Şərqi Anadolu bölgələrində qalxanabənzər vəz xərçəngi və zobun daha çox müşahidə edildiyini qeyd edib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında ən mühüm amillərdən biri genetik meyillilikdir. Ailədə bir nəfərdə belə qalxanabənzər vəz xərçəngi və ya zob aşkarlanması digər ailə üzvlərində riskin artması ilə əlaqələndirilir.

Digər mühüm risk amili radiasiyaya məruz qalmaqdır. Ətraf mühit faktorları və siqaretdən istifadə də xəstəlik riskini artıra bilər.

Gec diaqnoz müalicəni çətinləşdirir

Professorun sözlərinə görə, xəstəlik həm yüksək, həm də aşağı sosial-iqtisadi səviyyəyə malik insanlar arasında artır, lakin ölüm hallarına aşağı sosial-iqtisadi qruplarda daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri həkimə gec müraciət və nəticədə diaqnozun gec qoyulmasıdır.

“Qalxanabənzər vəz xərçəngi erkən mərhələdə aşkarlandıqda tam müalicə oluna bilən nadir xərçəng növlərindən biridir”, – deyə professor vurğulayıb.

Erkən aşkarlanma üçün ultrasəs müayinəsi vacibdir

Qalxanabənzər vəz xərçənginin əsas xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət verməməsidir. Buna görə ailəsində qalxanabənzər vəz xərçəngi və ya zob olan şəxslərin endokrinoloqa müraciət etməsi və qalxanabənzər vəzin ultrasəs müayinəsindən keçməsi tövsiyə olunur.

Professor Erhan Ayşan yalnız qan analizlərinin aparılmasının kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, qalxanabənzər vəz xərçəngi qan analizlərində özünü göstərməyə bilər. Ultrasəs müayinəsi isə sadə, əlçatan və radiasiyasız üsuldur.

Mütəxəssis yaş artdıqca xəstəlik riskinin yüksəldiyini qeyd edərək, 40 yaşdan sonra ildə bir dəfə qalxanabənzər vəzin ultrasəs müayinəsindən keçməyi tövsiyə edib. Xərçəng diaqnozu qoyulan şəxslərin isə endokrin cərrah tərəfindən qiymətləndirilməsi vacibdir.

Qidalanmaya da diqqət yetirmək lazımdır

Professor Erhan Ayşan müxtəlif qalxanabənzər vəz xəstəliklərinin yaranmasında qidalanma amilinin də rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, Türkiyənin Qara dəniz bölgəsində kələmin çox istehlak edilməsi zobun yayılmasına təsir edən amillərdən biri ola bilər. Kələmdə olan bəzi maddələr yodun qalxanabənzər vəz tərəfindən istifadəsinə təsir göstərə bildiyindən, mütəxəssis bu qidanın tamamilə qadağan edilməsini deyil, qəbulunun azaldılmasını tövsiyə edir.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Diabetlilər üçün qida seçimləri
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Daha bir tibb müəssisəsində kök hüceyrə transplantasiyasına başlanılacaq
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək