Dağınıq Skleroz qadınlarda daha erkən yaşda başlayır
01.06.2026 12:23

Xəstəliyin adətən 29–32 yaşlarında başladığını və qadınlarda daha çox rast gəlindiyini qeyd edən nevrologiya mütəxəssisi, prof. dr. Sultan Tarlacı bildirib: "Bir çox virus infeksiyasının MS-ə (Multiple Sclerosis - Dağınıq Skleroz) səbəb olduğu irəli sürülsə də, xəstəliyin birbaşa hər hansı infeksiyadan sonra ortaya çıxacağına dair dəqiq sübut yoxdur". Coğrafi fərqlərin xəstəliyin yayılma tezliyinə təsir etdiyini, ekoloji faktorların da mühüm rol oynadığını diqqətə çatdıran prof. dr. Tarlacı, kəskinləşmə (atak) dövrlərində kortizon müalicəsi tətbiq edildiyini, qoruyucu dərmanlarla isə xəstəliyin gedişatının nəzarət altına alınmağa çalışıldığını vurğulayıb.

Aztibb.az "HaberTürk"ə istinadən yazır ki, nevrologiya mütəxəssisi, prof. dr. Sultan Tarlacı MS xəstəliyinin səbəbləri, əlamətləri, risk faktorları, genetik və ekoloji təsirləri, eləcə də müalicə üsulları haqqında açıqlamalar verib.

MS-in immunitet və ya bədənimizin müdafiə sisteminin sinir sistemini (beyin, onurğa beyni) zədələməsi və onu yad ünsür kimi qəbul edərək hücum etməsi ilə ortaya çıxan bir xəstəlik olduğunu qeyd edən prof. dr. Sultan Tarlacı deyib: "Normalda sinir sistemimiz immunitet sistemindən uzaqda, sanki gizli bir mühitdə yerləşir. Lakin səbəbini tam müəyyən edə bilmədiyimiz amillər üzündən yoldan çıxan və nəzarətdən qaçan immunitet sistemimiz öz sinir sisteminə hücum edir və fəsadlar törədir".

Zədələnmələrin yerləşdiyi nahiyəyə görə şikayət və əlamətlərin də fərqli olduğunu bildirən prof. dr. Tarlacı vurğulayıb: "Xəstəliyin ən çox rast gəlinən ilkin əlaməti sensor-hissi şikayətlərdir. Bu, adətən əl-ayağın tamamilə hiss edilməməsi şəklində deyil, keyimə, qarışqa gəzməsi hissi və uyuşma formasında olur. Hissi əlamətlər müvəqqəti müşahidə olunan simptomlar kimi xəstələrin 50-70%-ində özünü büruzə verir".

MS-də ən çox rast gəlinən hissi əlamətlərə aydınlıq gətirən prof. dr. Tarlacı bunları söyləyib: "Bu əlamətlər keyimə, qarışqa gəzməsi, iynə batması, hissiyyatın azalması, gərilmə, uyuşma hissi, qum üzərində gəzirmiş kimi bir hiss, qaşınma, yanma, elektriklənmə, üzə qəfil vuran elektrik şoku, boyundan kürəyə və ayaqlara qədər yayılan qəfil cərəyan vurması şəklində ola bilər.

Hissi şikayətlərdən sonra xəstəlik özünü ən çox güc (motor) itkisi ilə göstərir. Güc və ya qüvvət problemləri ilə bağlı simptomlar başlanğıcda xəstələrin 32-40%-ində görülsə də, illər keçdikcə xəstələrin təxminən 60%-i müxtəlif dərəcəli güc itkilərinə məruz qalır. Bu, birbaşa hər hansı bir ətrafın (əlin, ayağın) qüvvətdən düşməsi şəklində ola biləcəyi kimi, 'ağırlaşma', 'sərtləşmə', 'müqavimət göstərmə' və ya 'ağrı' formasında da özünü göstərə bilər. Bu növ əlamətlər sıxlıqla ayaqlardan başlayır. Üçüncü yerdə isə görmə itkisi və ya görmə pozuntuları gəlir. Bu hal xəstələrin 15-20%-ində ilkin əlamət kimi ortaya çıxır".

MS adətən 29–32 yaşlarında başlayır və qadınlarda daha çox görülür


Bir çox araşdırmada MS-in başlama yaşının 29-32 arası olduğunun müəyyən edildiyinə diqqət çəkən prof. dr. Tarlacı bildirib: "Qadınlarda xəstəliyin ən çox ortaya çıxdığı yaş kişilərlə müqayisədə 5 il daha erkəndir".

Xəstəliyin birincili mütərəqqi (primer proqressiv) tipində isə başlama yaşının 35-39 yaş aralığı olduğunu vurğulayan prof. dr. Tarlacı bu açıqlamanı verib:

"Xəstələrin 5%-ində isə başlama yaşı 8 yaşın altında və 70 yaşın üzərindədir. Ümumiyyətlə, immunitet sistemindən qaynaqlanan bütün xəstəliklər qadınlarda daha tez-tez müşahidə olunur. MS-də də eyni vəziyyət etibarlıdır. Qadın-kişi nisbəti təxminən 1.77 / 1.00 qədərdir. Yəni qadınlarda təxminən 2 dəfə daha yüksəkdir. MS kənd yerlərində yaşayan qadın və kişilərdə daha nadir hallarda qeydə alındığı halda, sosial-iqtisadi səviyyəsi yüksək olan insanlarda daha çox rast gəlinir. Bu, həm regional olaraq şəhərlərdə, həm də dünya coğrafiyasına nəzər saldıqda eyni xüsusiyyəti daşıyır".

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır