Dörd rəfiqə eyni vaxtda tutulduqları süd vəzi xərçənginə birlikdə qalib gəldilər
05.09.2026 12:57

Kastamonuda eyni dövrdə süd vəzi xərçənginə tutulan dörd rəfiqə bir-birinə dəstək olaraq xəstəliyə birlikdə qalib gəlib. Sağlamlıqlarına qovuşmağın sevincini yaşayan qadınlar xüsusi proqram təşkil edərək bu uğuru birlikdə qeyd ediblər.

Aztibb.az "Cumhuriyet" qəzetinə istiandən yazır ki, Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında tibb bacısı kimi çalışan Serpil Uslu, Fikriye Özkan və Ferhan Naz Kırkçeşmeli, həmçinin katib Şafak Kara 2025-ci ildə Kastamonu İl Səhiyyə İdarəsi tərəfindən aparılan müayinələr zamanı süd vəzi xərçənginə tutulduqlarını öyrəniblər.

Müalicəyə birlikdə başlayan qadınlar çətin prosesi bir-birinə dəstək olaraq geridə qoyub və xəstəliyə qalib gəliblər. Aylarla davam edən kimyaterapiya və intensiv müalicədən sonra aparılan son müayinələr zamanı xərçəng hüceyrələrinin orqanizmlərindən təmizləndiyini və xəstəliyə qalib gəldiklərini öyrənən Özkan, Uslu, Kırkçeşmeli və Kara yaxınları ilə birlikdə bunu qeyd ediblər.

Şəhərdəki restoranlardan birində təşkil olunan tədbirdə dörd rəfiqə birlikdə əylənərək xərçəngə qalib gəlməyin sevincini yaşayıb. Çəhrayı geyimlərdə olan qadınlar çəhrayı şarlar uçurublar.

“Erkən diaqnoz çox əhəmiyyətlidir”

Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında 31 ildir tibb bacısı işləyən Serpil Uslu müalicə prosesindən danışıb: “Təsadüfən özümü müayinə edərkən əlimə bir kütlə gəldi və bunu belə fərq etdim. Daha sonra genetik analizlərim aparıldıqda xərçəng olduğumu öyrəndim. Ardınca biopsiya, əməliyyat, kimyaterapiya, radioterapiya – uzun bir yolçuluğa çıxdım. Bu proses məni olduqca yordu. Bəzən məni çox sarsıtsa da, ailəmin və dostlarımın dəstəyi ilə bunun öhdəsindən gəldim.

Eyni vaxtda iki rəfiqəm üç gün fərqlə belə bir diaqnoz aldı. Bu yolçuluqda tək olmamağımız bəlkə də ən böyük üstünlüklərimizdən biri idi. Bu prosesdə bir-birimizə dəstək olduq. Bəzən birlikdə ağladıq, birlikdə güldük. Dördümüz bir-birimizə həm maddi, həm də mənəvi dəstək verərək bu yolda davam etdik.

Hazırda müalicəm başa çatıb, evdə dincəlirəm, ailəmləyəm. Allah nəsib etsə, yenidən peşəmə qayıdacağam. Artıq daha sağlam və daha gənc ruhla həyatı yaşamaq istəyirəm. Erkən diaqnoz çox əhəmiyyətlidir. Mən xəstəliyi çox erkən aşkar etdiyim üçün nəticələrim də daha yaxşı oldu”.

“Məndən sonra daha üç rəfiqəmə xərçəng diaqnozu qoyuldu”

Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında katib işləyən Şafak Kara isə bildirib ki, rəfiqələri ilə birlikdə illik müayinələr zamanı mammoqrafiyadan keçib:

“Mammoqrafiyadan həmişə qaçırdım, çünki çox ağrılı olduğunu düşünürdüm. Kaş ki, əvvəldən heç qaçmayaydım. Çünki ömür boyu ağrı çəkməkdənsə, hər kəs 10 dəqiqəlik ağrıya dözməlidir.

Bəli, çox çətin prosesdir. Ultrasəs müayinəsi zamanı rəfiqəmin ağladığını hiss etdim. Həkim ona ‘yaxşısan?’ deyə soruşdu. O isə ‘yaxşı deyiləm’ deyəndə nəyinsə qaydasında olmadığını anladım. Patoloji nəticəsindən sonra, təbii ki, xərçəng diaqnozu qoyuldu.

Bundan dərhal sonra İstanbulda əməliyyat olundum. 17 gün sonra isə kimyaterapiyaya başladım. Bəli, çətin proses idi. Amma bəzən düşünürəm ki, bütün bunları yaşamalı idimmi? Özümə qarşı çox amansız davranmışam. Mən özümü heç sevməmişəm. Bu xəstəlik mənə bunu öyrətdi. Əslində özümün dəyərli olduğumu məhz bu xəstəlik sayəsində anladım.

Bəli, çətin proses idi, amma keçdi. İnşallah, hər şey yaxşı olacaq. Bütün qadınlara, bütün xəstələrə Rəbbim şəfa versin. Üç rəfiqəmə də eyni diaqnoz qoyuldu. Bunu öyrənəndə çox üzüldüm, çox ağladım. Amma bəlkə də bu, mənim üçün bir şans idi. Çünki bu prosesdə tək olsaydım, bu qədər güclü ola bilməzdim”.

“Süd vəzi xərçənginə tutulma ehtimalı 13 faizdir”

Həkimlər bütün qadınlara milli skrininq proqramı çərçivəsində iki ildən bir mammoqrafiya müayinəsindən keçməyi tövsiyə edir.

Mammoqrafiya süd vəzi xərçənginin erkən mərhələdə diaqnostikasına imkan verir. Mammoqrafiya ilə yanaşı ultrasəs müayinəsi də xəstəliyi erkən mərhələdə aşkarlanmasına kömək edir.

Mammoqrafiyadan qorxulmamalıdır. İki ildən bir mammoqrafiya müayinəsindən keçmək, heç bir ağrı və ya simptom olmasa belə, skrininq məqsədilə müayinə olunmaq şərtdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev