İqlim böhranının psixoloji yükü "eko-paraliz"ə çevrilə bilər
01.06.2026 11:15

Türkiyəli psixiatr, prof. dr. Nevzat Tarhan iqlim dəyişikliyinin insanlarda təşviş və ümidsizlik kimi hisslər yaratdığını, iqlim anksiyetesinin (təşvişinin) eko-paralizə (ekoloji iflicə) çevrildiyini bildirərək qeyd edib: "Ən önəmlisi odur ki, iqlim böhranının real bir təhlükə olduğunu görək, lakin bunu şişirtməyək. Təhlükəyə qarşı təşviş keçirmək insani bir reaksiyadır, lakin təşvişə qarşı həll yolları tapmaq əvəzinə donub qalmaq qeyri-sağlam reaksiyadır".

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, dünya miqyasında tezliyi, sayı və intensivliyi artan isti hava dalğaları, quraqlıqlar, meşə yanğınları və daşqınlar təkcə planetə deyil, insan psixologiyasına da mənfi təsir göstərir.

İqlim böhranı ilə bağlı hadisələrə məruz qalmaq fərdlərdə təşviş, ümidsizlik və çarəsizlik hissi yarada bilir ki, bu vəziyyəti ifadə etmək üçün "eko-paraliz" anlayışından istifadə olunur. Eko-paraliz — ekoloji böhran və dağıntılar qarşısında çarəsizlik və günahkarlıq hissinə qapılaraq heç nə edə bilməmək, bədbinliyə qapılmaq şəklində özünü büruzə verir.

Prof. dr. Nevzat Tarhan eko-paraliz anlayışının iqlim dəyişikliyi səbəbindən narahatlıq hissini ifadə edən "eko-anksiyete" anlayışından fərqləndiyini bildirib. O qeyd edib ki, eko-paraliz anlayışı təşvişdən daha çox, bir bloklanma, reaksiyasız qalma və hərəkətsizlik vəziyyətini ifadə edir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, gələcəkdə gözlənilən üç əsas təhlükənin ardıcıl olaraq gəlir bərabərsizliyi, iqlim dəyişikliyi və tənhalıq olduğunu xatırladan Tarhan belə deyib: "İqlim dəyişikliyi xüsusilə gənclər arasında çox qabarıq şəkildə özünü göstərir. Gənclər iqlimdəki bu dəyişikliyin konkret nümunələrini gördükcə iqlim dəyişikliyini fiziki olaraq hiss edir, təşvişləri artır. Böyüklərin və idarəçilərin laqeydliyini gördükdə isə ümidsizlik və bədbinliyə qapılırlar, nəticədə iqlim anksiyetesi eko-paralizə çevrilir. Yəni bunun nəticəsində ümid itir, sosial bağlar zəifləyir və fəlakət qavrayışı səbəbindən donub qalmalar başlayır".

Gənclərin "bədnam dünya sindromu"nun təsiri ilə dünyanın yaxşıya doğru deyil, pisə doğru gedəcəyini deyən Tarhan, bunun nəticəsində gənclərin bir qisminin təşvişə qapılaraq qaçınma davranışına yönəldiyini, bir qisminin aqressivləşdiyini, digər bir qisminin isə depressiv vəziyyətə düşdüyünü vurğulayıb.

Gələcək üçün duyulan narahatlıq depressiyaya sürükləyir


Eko-paraliz vəziyyətinin özündə laqeydlik, motivasiyasızlıq, enerjisizlik və maraqsızlıq ehtiva etdiyini bildirən Tarhan fikirlərini belə davam etdirib: "Bu, çox təhlükəlidir və insanın özünə də zərər vurur. İnsanın, eləcə də cəmiyyətin özü üçün yaxşı bir iş görməsinə mane olur. Yəni bu, depressiyanın bir növüdür və buna anhedonik depressiya deyilir. Bu, motivasiya və enerji çatışmazlığı, istəyin azalması ilə müşayiət olunan depressiya növüdür. İnsan tamamilə otağına çəkilir, qapalı həyat sürür; dünyadan və hər şeydən əlini-ətəyini çəkən bir şəxsiyyət tipi ortaya çıxır. Bu, müalicəsi də çətin olan depressiya növlərindəndir. Eko-paralizi əslində anhedonik depressiyanın iqlimlə bağlı formalaşmış bir növü də adlandıra bilərik.

Bu, həqiqətən gələcək üçün narahat olanlarda 'eko-qayğı' şəklində üzə çıxır, lakin 'Gələcək üçün narahatam, amma nə edəcəyimi bilmirəm, əlimdən heç nə gəlmir, dünyada heç nə düzəlməyəcək' deyən şəxslər üçün keçərlidir. Hətta bununla bağlı 'İqlim Dəyişikliyi Anksiyetesi Şkalası' (Skalası) hazırlanıb. Kimin iqlim dəyişikliyi anksiyetesi yaşayıb-yaşamadığını həmin şkala vasitəsilə ölçə bilirik".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub