İnsan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri – Qara qarağat
25.07.2020 11:32

Xalq təbabətində qara qarağatdan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

 

Aztibb.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov qara qarağatın faydaları barədə məlumat verib.

 

O, bildirib ki, hazırda qarağatın bir çox mədəni sortları yetişdirilir. Onun qara qarağat (ribes nigrum), qırmızı qarağat (ribes rubrum) və ağ qarağat (ribes aureim) olmaqla 3 növü məlumdur.

 

Onun sözlərinə görə, qara qarağat orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək üçün qəbul edilir. O, böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır. Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə etmək olduqca faydalıdır.

 

Mütəxəsssis qeyd edib ki, təzə dərilmiş qarağat giləmeyvəsi vitaminlərlə zəngin olduğundan avitaminozdan, mədə turşuluğunun az olmasından (hiposekresiya), mədə yarasından (xora), bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə ondan istifadə çox faydalıdır. Bu giləmeyvə hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 nisbətində şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirmək və az-az yemək lazımdır.

 

R.Ələkbərov pandemiya dövründə qara qarağatdan istifadənin zəruriliyindən də söz açıb. Bildirib ki, yarpaqlarının tərkibində olan C vitaminin miqdarı bütün digər giləmeyvələrin tərkibində olan C vitaminin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və orqanizmi təmizləyici təsirə malikdir.

 

Qarağatın qəbulu qaydasından danışan R.Ələkbərov qeyd edib ki, onun meyvəsi təzə halda yeyilir, mürəbbə, kompot, jele, marmelad, konfet və karamel üçün içlik kimi, eləcə də şərab hazırlamaq üçün istifadə edilir. Bu giləmeyvədən qışda istifadə olunması üçün qurudulur, sirkəyə qoyulur və ya əzib şəkərlə 1:2 nisbətinə qarışdırılır.

 

“Maye və sulu ekstraktının tərkibində çoxlu sayda polivitaminlər olduğundan avitaminozlar zamanı əvəzsiz hesab edilir. Qarağatdan maddələr mübadiləsi pozğunluqlarında və piylənmə zamanı istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində (pielit, sistit) öd və sidikqovucu vasitə kimi işlədilir. Qan azlığında (anemiya) və dəri xəstəliklərində qarağat yemək faydalıdır. Xroniki qəbzlik zamanı da istifadə oluna bilər”.

 

Laboratoriya müdiri qastrit və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələrinin xəstəliklərin əlamətlərinin azalmasına səbəb olduğunu vurğulayıb: “Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir, baş ağrıları, yuxu pozğunluqları və nevroloji problemlər zamanı sakitləşdirici təsir göstərir”.

 

Bununla yanaşı, R.Ələkbərov tromboflebit (qan laxtalanması), mədə turşuluğunun çoxluğu (hipersekresiya), mədə və onikibarmaq bağırsaq yarasından (xora) əziyyət çəkənlərin qara qarağatdan istifadə etməsini tövsiyə etmir.

 

“Bitki qara ciyərin fəaliyyətini artırmasına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə damar daxilində qanın laxtalanmasına səbəb ola bilər”, - deyə mütəxəssis vurğulayıb.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib