"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Uşaq cərrahı Toğrul Piriyev
17.07.2026 12:33
"Həkimlərimizi tanıyaq!" rubrikamızda uşaqların sağlamlığının keşiyində dayanan, peşəkarlığı, qayğıkeşliyi və həssas yanaşması ilə valideynlərin etibarını qazanan Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Toğrul Piriyevi Sizə təqdim edirik.
 
Toğrul Piriyev 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2010–2011-ci illərdə Mərkəzi Klinikada uşaq urologiyası üzrə internatura təhsili alıb. Peşəkar inkişafını beynəlxalq səviyyədə davam etdirən həkim 2017–2019-cu illərdə Türkiyənin İstanbul Universiteti-Cərrahpaşa Tibb Fakültəsində Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası ixtisası üzrə ixtisasartırma kursu keçərək müasir uşaq cərrahiyyəsinin nəzəri və praktik biliklərinə yiyələnib.
 
O, uşaqlarda anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, həzm sistemi anomaliyaları, qida borusu atreziyası, traxeoezofageal fistula, onikibarmaq bağırsağın və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtığı, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotik enterokolit, bağırsaq malrotasiyası, pilor stenozu, qasıq yırtığı, hidrosel, qaraciyər və dalağın kistik xəstəlikləri, eləcə də uşaqlarda təcili cərrahi vəziyyətlər – appendisit, yad cismin udulması və tənəffüs yollarına aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və müxtəlif travmaların cərrahi müalicəsini uğurla həyata keçirir.
 
Müasir diaqnostik və cərrahi üsulların tətbiqi, beynəlxalq müalicə protokollarına uyğun yanaşma və hər bir balaca pasiyent üçün fərdi müalicə planının hazırlanması Toğrul Piriyevin peşə fəaliyyətinin əsas prinsiplərindəndir.
 
Toğrul Piriyev bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirən, beynəlxalq təcrübəni yaxından izləyən və onu gündəlik fəaliyyətində uğurla tətbiq edən həkimlərdəndir.
 
O, 2022-ci ildə İstanbul Universiteti-Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası kafedrasında növbəti ixtisasartırma kursunda iştirak edib, həmin il Azərbaycan Elmi Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları Konqresində iştirak edərək beynəlxalq elmi yeniliklərlə tanış olub.
 
Toğrul Piriyev əmək fəaliyyətinə 2011-ci ildə N saylı Hərbi Hissədə başlayıb, 2013-cü ilədək burada xidmət edib. Daha sonra müxtəlif özəl tibb müəssisələrində uşaq cərrahı kimi fəaliyyət göstərib, 2023-cü ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uşaq cərrahı kimi çalışır.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır