Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
18.07.2026 11:30

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Yoluxucu Xəstəliklər Mərkəzi" PHŞ, "Ağciyər Xəstəlikləri Dispanseri" PHŞ və Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkim briqadası tərəfindən Babək rayonunun Gərməçataq Kənd Tibb Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, aksiya zamanı sakinlər yoluxucu xəstəliklər, ağciyər xəstəlikləri, dəri xəstəlikləri və psixiatrik xəstəliklər üzrə müayinələrdən keçirilib, ehtiyacı olan vətəndaşlara müvafiq tibbi məsləhətlər və müalicə təyinatları verilib.

 

Keçirilən müayinələr nəticəsində ağciyər xəstəlikləri üzrə 2, yoluxucu xəstəlikləri üzrə 5, dəri xəstəlikləri üzrə 2, psixiatrik profil üzrə isə 2 nəfər müayinə olunub.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə bu cür tibbi müayinə aksiyalarının muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev