Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
16.07.2026 12:01
ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Mirəli Məcidov və komandasının iştirakı ilə mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.
 
Bu barədə Aztibb.az-a məlumat verən Mirəli Məcidovun sözlərinə görə, pasiyent klinikaya uzun müddətdir davam edən təngnəfəslik, döş qəfəsində ağrılar, fiziki yüklənmə zamanı tez yorulma və ürək çatışmazlığı əlamətləri ilə müraciət edib. Aparılan klinik, laborator və instrumental müayinələr, o cümlədən exokardioqrafiya və koronar angioqrafiya nəticəsində xəstədə ağır dərəcəli aortal qapaq patologiyası və koronar arteriyaların çoxdamarlı zədələnməsi müəyyən edilib.
 
Pasiyentin vəziyyətinə görə cərrahi müdaxilənin ən optimal müalicə üsulu olduğu qənaətinə gəlinib. Əməliyyat zamanı süni qan dövranı şəraitində aortal qapağın protezləşdirilməsi və eyni seansda koronar arteriyaların aortokoronar şuntlama əməliyyatı icra olunub.
 
Əməliyyat plan üzrə, ağırlaşma olmadan başa çatdırılıb. Erkən postoperativ dövrdə pasiyentin hemodinamik göstəriciləri stabil olub, ürəyin nasos funksiyası qənaətbəxş qiymətləndirilib.
 
Mirəli Məcidov bildirib ki, koronar arteriyaların çoxdamarlı zədələnməsi və ürək qapaq xəstəlikləri vaxtında diaqnostika və düzgün seçilmiş cərrahi taktika tətbiq edilmədikdə həyat üçün ciddi risk yarada bilər. Bu səbəbdən döş qəfəsində ağrı, təngnəfəslik, fiziki aktivlik zamanı halsızlıq və digər ürək mənşəli şikayətlər olduqda gecikmədən ixtisaslaşmış tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır