Yavər Hacısoy: “Aspirinin yan təsiri vaksindən daha çoxdur, lakin onu rahatlıqla qəbul edirik”  
11.08.2021 16:52
Tarix boyunca periodik olaraq müxtəlif dövrlərdə infeksion xəstəliklər yayılıb. Adətən belə xəstəliklər kəskinləşdikdə epidemiya, pandemiya formasını alıb. Pandemiya həddinə çatan infeksion xəstəliklərin qarşısını isə əsasən peyvəndlərlə almaq mümkün olub.
 
Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, t.ü.f.d. Yavər Hacısoy bildirib.
 
Onun sözlərinə görə, məhz vaksinasiya ilə müxtəlif epidemiya və pandemiyaların qarşısının alınması mümkün olub. Buna misal olaraq, hazırda yox dərəcəsinə gəlib çıxan çiçək xəstəliyini qeyd etmək olar.
 
“Bütün infeksiyaların profilaktikasında peyvəndləmə mühüm rol oynayıb. Koronavirusa qarşı kütləvi peyvəndləmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğrur. Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi o, mütləq şəkildə bəzi xəstəliklərə qarşı peyvəndlənir. Bu proses yetkinlik yaşına kimi davam edir. Amma bu zaman “peyvəndlərdən qorxuram”, “bu vaksin məni öldürəcək” kimi yanaşmalar görmürük. Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər insanların, cəmiyyətin beynini qarışdırır”, - deyə Yavər Hacısoy əlavə edib.
 
Mikrobioloq alim vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxuların əsassız olduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur. Gündəlik həyatda demək olar ki, hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, dərmanlar qəbul edən insanlar kifayət qədərdir. İstənilən dərmanın təlimatını oxuduqda, onun müəyyən qədər yan təsiri olduğunu görmək olar: "Amma insanlar heç buna fikir vermirlər. Bir həkim yoldaşımızın da qeyd etdiyi kimi, vaksinin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki indiki dövrdə bir çox insan asanlıqla bu dərmanı içsə də, vaksinləşməyə tərəddüd edir”.
 
Yavər Hacısoy bu günə qədər vurdurduğumuz ənənəvi vaksinlərin də bəzən kimlərəsə yan təsiri olduğunu xatırladıb. Qeyd edib ki, belə faktlar elmi məqalə və araşdırmalarda da öz əksini tapıb. Nəticə olaraq peyvənd vurdurmağın mütləq olduğunu deyə bilərik.
 
"Vaksinlərin allergiya vermə ehtimalı təbii haldır. Çünki istənilən antibiotikin kiçik dozası bəzi orqanizmlərdə allergik hal yarada bilər. Vaksin isə mikrobun öldürülmüş bir hissəsi olduğuna görə, bədənin ona da allergiya verməsi ola bilər. Təbii ki, bu fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə otaqları, şok otaqları yaradılıb. Peyvənd preparatının kiməsə yan təsirinin ilk 30 dəqiqə ərzində ola biləcəyi ehtimalını nəzərə alaraq, peyvənd olunanlar bu müddətdə gözlədilməlidir", - deyə həkim bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib