Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
18.07.2026 16:47
Xroniki bel ağrısı dünyada ən geniş yayılmış dayaq-hərəkət sistemi problemlərindən biri olmaqla yanaşı, əmək qabiliyyətinin azalmasına və həyat keyfiyyətinin pisləşməsinə səbəb olur. Ağrının 12 həftədən artıq davam etməsi xroniki bel ağrısı kimi qiymətləndirilir.
 
Bu barədə Aztibb.az-a məlumat verən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-fizioterapevti Xəyalə Nəsirova bildirib ki, müasir elmi araşdırmalar göstərir ki, fizioterapiya ağrının azaldılması, hərəkət imkanlarının yaxşılaşdırılması və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Manual terapiya, terapevtik məşqlər, elektroterapiya, pasiyentin maarifləndirilməsi və multidissiplinar reabilitasiya yanaşmaları sübuta əsaslanan müalicənin əsas komponentləridir. Fərdiləşdirilmiş fizioterapiya proqramları isə xroniki bel ağrısının müalicəsində ən effektiv qeyri-cərrahi üsullardan biri hesab olunur.
 
Onun sözlərinə görə, bel ağrısının yaranmasına degenerativ dəyişikliklər, zəif əzələ korseti, uzunmüddətli oturaq həyat tərzi, düzgün olmayan bədən duruşu, artıq çəki, peşə yüklənmələri və psixososial amillər təsir göstərə bilər:
"Müasir klinik tövsiyələrə əsasən, terapevtik məşqlər ağrının azalmasına və funksional vəziyyətin yaxşılaşmasına kömək edən ən təsirli qeyri-dərman müalicə üsullarındandır. Manual terapiya düzgün seçilmiş pasiyentlərdə məşq proqramı ilə birlikdə tətbiq olunduqda daha effektiv nəticə verir. Elektroterapiya isə əsas müalicəni tamamlayan yardımçı vasitə kimi istifadə edilir".
 
Xəyalə Nəsirova qeyd edib ki, uğurlu müalicənin əsas şərti hər bir pasiyentə fərdi yanaşmanın tətbiq edilməsidir. Pasiyentin klinik vəziyyəti, funksional imkanları və gündəlik həyat tərzi nəzərə alınmaqla hazırlanan reabilitasiya proqramı daha uğurlu nəticələr verir. Pasiyentin müalicə prosesində fəal iştirakı, terapevtik məşqləri müntəzəm yerinə yetirməsi və sağlam həyat tərzi vərdişlərinə əməl etməsi ağrının azalmasına, hərəkət funksiyasının bərpasına və xəstəliyin təkrarlanma riskinin minimuma enməsinə mühüm töhfə verir.
 
"Unutmayaq ki, fizioterapiya yalnız ağrının aradan qaldırılmasına deyil, həm də insanın funksional müstəqilliyinin, həyat keyfiyyətinin və sosial aktivliyinin bərpasına xidmət edən kompleks elmi yanaşmadır", - deyə həkim əlavə edib.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev