“Vaksinin hər hansı yan təsirinin görülmə riski yox dərəcəsindədir” - Peyvənd olunan Pediatrdan məsləhətlər  
22.01.2021 14:02

“Peyvənd effektsiz olarsa, koronavirusun mutasiyaya uğramış yeni dalğalarını müşahidə edəcəyik”.

 

Bildiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə prosesinə başlanılıb. İlk peyvənd olunan tibb işçilərindən biri də həkim-pediatr Aytən İsmayılzadə olub.


A.İsmayılzadə peyvəndlə bağlı fikirlərini və peyvəndlənmə prosesində baş verənləri Aztibb.az-a müsahibəsində bölüşüb.


Həmin müsahibəni təqdim edir:


- Peyvəndlə bağlı fikirlər birmənalı deyil, sizcə, bu mülahizələrin nə dərəcədə doğruluq payı var?


- Mən də peyvənd olundum. Ümumiyyətlə peyvəndlərlə bağlı fikirlər nəinki ölkəmizdə, dünyada da birmənalı deyil. Məhz koronavirus infeksiyasına qarşı olan peyvəndlə bağlı fikirlərin müxtəlif olması ondan irəli gəlir ki, bu xəstəlik özünü birmənalı şəkildə göstərmədi. Koronavirusla bağlı müxtəlif çaşqınlıq yaradan məqamlar olurdu deyə, insanlar arasında bu virusun peyvəndində də hər hansı bir süni müdaxilələrin və s. olmağı kimi fikirlər yaranıb. Amma bu fikirlər doğru deyil. Əgər effektiv olarsa, virusdan qorunmağın ən yaxşı yolu peyvənddir. Peyvənd də o zaman effektiv olur ki, o, virusa, törədiciyə qarşı immunitet, anticism yarada bilsin. Təəssüflər olsun ki, koronavirus infeksiyasına qarşı orqanizmdə davamlı immunitet yaranmır. Peyvəndin də bizi qoruyub-qorumayacağı sual altındadır. Sadəcə, biz bu təcrübənin baş tutması, reallaşması üçün iştirakçılardan biri olmağa məcburuq. Çünki biz bu təcrübədə iştirak etməsək, baş tutmaz və nəticələr yarımçıq, naməlum olar. Lakin peyvənd olunduqdan sonra nəticə yaxşı olmayacaqsa, yəni xəstəliyə yenidən yoluxa biləcəyiksə, bu, peyvəndin effektivsizliyini göstərəcək. Amma peyvəndin effektivliyi 90%-dən yuxarı olarsa, insanlar virusa yoluxsa da, yüngül keçirər, ağırlaşmaz, yaxud da heç yoluxmaz.

 

- Azərbaycanda vurulan peyvəndin hansı əks təsirləri ola bilər?


- Peyvəndin bizə heç bir əks-təsiri olmayacaq. Canlı peyvəndlər daha çox hərarət və s. kimi əlavə təsirlərə malik olur. Bizim ölkəmizdə istifadə olunan “Sinovac” vaksini isə ölü peyvənddir. Bu vaksin ancaq allergik və s. reaksiya göstərə bilər.


- Siz də peyvənd vurdurmusunuz. Hansı formada peyvəndlərdən istifadə edildi?


- Adi şprislə birdəfəlik doza olaraq hər kəsə bir flakon ayrıldı. Mənə də bu qayda ilə 0.5 ml dozada vuruldu.


- Peyvəndlənmə yoluxmanın qarşısını tam ala bilər?


- Peyvənd effektiv olarsa, yoluxma zəncirini qıra biləcək. Yox, əgər effektsiz olarsa, qıra bilməyəcək və təkrar virusun mutasiyaya uğramış yeni dalğalarını müşahidə edəcəyik.

 

- İnsanlar peyvənd vurdurmaqdan ehtiyat edir. Bununla bağlı məsləhətlərinizi eşitmək istərdik

 

- İnsanlara məsləhətim budur ki, peyvənddən qorxmaq lazım deyil. Xəstəliyi keçirdikdən sonra da virusa qarşı daimi immunitet yaranmır. Buna görə də peyvənd vurdurmaq lazımdır. Peyvəndin az sayda olduğunu nəzərə alaraq, heç olmasa kimlər siyahıya daxildirsə, onlar bu fürsətdən yararlansınlar. Ola bilər ki, peyvəndin qoruyuculuğu olsun. Tam dəqiq deyə bilmirik ki, nəticə necə olacaq, amma ola bilər ki, peyvəndin qoruyuculuğu olsun. Peyvəndi vurdurmağın heç bir əks-təsiri yoxdur. Əks-təsir peyvəndin bəzi komponentlərinə qarşı həssaslıqda ola bilər. Lakin uşaq yaşlarında peyvənd olunan insanlar bu peyvəndi də normal keçirəcəklər. Çünki  peyvəndlərin istehsal texnologiyası eynidir. Antigenlərin üzərinə hopturulub saxlanılırsa, peyvənddə olan maddələr eynidir, dəyişdirilmir. Hətta əvvəlki vaxtlardakı peyvəndlər kimi qatqılı deyil, daha da təmizliyə doğru aparılır. Ona görə də peyvəndin hər hansı bir yan təsirinin görülmə riski demək olar ki, yox dərəcəsindədir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb