COVID-19 əleyhinə peyvənd olunan şəxslər ən azı 4-6 həftə müddətində… - Allerqoloq-pulmonoloq /Müsahibə
20.01.2021 12:10

COVID-19 əleyhinə vaksinasiyanın olmamasına hər hansı yaş məhdudiyyəti yoxdur.

 

Bunu Aztibb.az-a müsahibəsində ölkəmizdə koronavirusa qarşı tətbiq olunan vaksinasiya barədə  danışarkən allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.

 

Müsahibəni təqdim edirik:


- Peyvənd kimlərə olmaz?


- Peyvəndlərin olunmasına mütləq və nisbi əks göstərişlər var. Mütləq əks göstərişlər odur ki, heç bir halda şəxsə peyvənd etmək olmaz. Nisbi əks göstərişlər müəyyən zaman müddətindən sonra o peyvəndləri tətbiq etməyə icazə verir. Mütləq əks göstərişlərə ilk növbədə şəxsin peyvəndə qarşı allergik reaksiyası, ağır immundefisit vəziyyətlər və ağır onkoloji xəstəliklər aid edilir. Nisbi əks göstərişlərə müvəqqəti qızdırma ilə müşahidə edilən hallar, epilepsiya, ürək-damar, autoimmun sistem xəstəlikləri aiddir. Bu kimi xəstəliklərdə, məsələn, qızdırma aradan qalxdıqdan sonra peyvənd etdirmək mümkündür. Epilepsiya və ya mərkəzi sinir sisteminin zədələnməsi olan xəstələr, autoimmun xəstəliyi olan insanlar peyvənd olunmadan əvvəl müəyyən profilaktik tədbirlər həyata keçirməlidir ki, orqanizmə peyvəndin yeridilməsi kəskin əlavə təsirlərə səbəb olmasın. Hər peyvəndin əks göstərişləri barədə həmin peyvəndi istehsal edən şirkət fərdi surətdə məlumat verir.


COVID əleyhinə bir neçə peyvənd var. Ola bilər ki, epilepsiya xəstələrinə hər hansı peyvənd qəti qadağandır, lakin digər şirkətin istehsal elədiyi peyvəndi həmin xəstələrə tətbiq etmək  olar.


- Şəkər, ürək xəstəliyi olanlar, hamilə qadınlar və azyaşlılarda vaksin hansı fəsadlara səbəb ola bilər?


- COVID əleyhinə vaksinasiyanın olmamasına hər hansı yaş məhdudiyyəti yoxdur. Amma ola bilər ki, hər hansı şirkətin istehsal etdiyi COVID əleyhinə vaksinə fərdi olaraq yaş məhdudiyyəti qoyulsun.


Hamilə qadınlarda COVID əleyhinə vaksinasiyanın olunması məsləhət deyil. Şəkərli diabet, ürək damar xəstəlikləri olan insanlarda, azyaşlılarda COVID əleyhinə vaksinasiyadan sonra rast gəlinən fəsadlar haqqında hələ konkret olaraq statistik məlumat yoxdur. Ümumilikdə bu əlamətlər o qədər də fərq yaradacaq, yəni fəsadlaşmanı artıra biləcək nüanslar deyil.

 

Sadəcə müəyyən qrup xəstələrdə əvvəlcədən müəyyən edilmiş profilaktik tədbirlər alınmalıdır ki, vaksinasiyadan sonra ciddi əlavə təsirlər müşahidə olunmasın.


- Peyvənddən sonra da maskanın taxılmalı olduğu deyilir. Yoluxmayan insanın virusu yaymaq ehtimalı yoxdursa, maska taxılması nəyə görə məcburi olaraq qalır?

 

- COVID əleyhinə peyvəndin vurulması bu infeksiyanın başa çatması demək deyil. Peyvəndin ilk dozası vurulandan 3 həftə sonra təkrar doza vurulur. İkinci doza vurulandan bir müddət sonra insanda bu infeksiya əleyhinə immunitet formalaşır. Yəni peyvəndin ilk dozasının vurulması ilə COVID əleyhinə immunitetin formalaşması arasındakı müddət 4-6 həftəyə kimi ola bilər. İmmunitetin hələ formalaşmadığı həmin müddətdə şəxs koronavirusa yoluxa bilər. Buna görə də peyvənd olunan şəxslər ən azı 4-6 həftə müddətində də COVID-dən qorunma qaydalarına riayət etməlidir. Yəni fərdi qoruyucu vasitələrdən - maskalardan istifadə etməli, sosial məsafəni qorumalı və şəxsi gigiyena qaydalarına riayət etməlidirlər.

 

Onu da nəzərə almaq lazımdır ki, nəinki koronavirus əleyhinə vaksin, digər vaksinlərin də qoruyuculuq qabiliyyəti 100% deyil. İnsanların vaksin olunandan sonra da yoluxması, xəstələnməsi mümkündür. Ona görə də koronavirusdan qorunma qaydalarına vaksinasiyadan sonra da riayət olunması zəruridir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib