Seroloji testlərin aparılması tibbi baxımdan çox əhəmiyyətlidir
20.08.2020 09:57

Bu həftənin əvvəlindən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Əsas məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi olan seroloji testlər ilk gündən əhali arasında razılıqla qarşılanır və onlar könüllü olaraq həmin testlərin aparılmasında iştirak edirlər.

 

Bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva AZƏRTAC-a verdiyi müsahibədə deyib.

 

Onun dediyinə görə, testlərin aparılması əhali arasında COVID-19 infeksiyasına qarşı immun-cavab reaksiyasını öyrənməyə imkan verir: “Bir neçə aydır dünyada yayılan infeksiyaya yoluxub-yoluxmamaq barədə çoxlu müraciətlər olur. Bəzi hallarda infeksiyanın simptomsuz keçməsi ayrı-ayrı adamlarda ona yoluxub-yoluxmadığı barədə şübhə oyadır. Qanda aparılan seroloji testlər xəbərsiz olaraq infeksiya keçirənlərdə immunitetin formalaşıb-formalaşmadığını müəyyən etməyə imkan verəcək. Xüsusi proqram vasitəsilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təsadüfi olaraq seçilmiş 1650 nəfərə yaxın könüllü seroloji testə cəlb olunacaq və həmin qrup əhalinin neçə faizində immunitetin formalaşma səviyyəsi aşkar ediləcək. Bu, təkcə tibbi baxımdan deyil, eyni zamanda könüllü olaraq testlərə cəlb edilənlər üçün də əhəmiyyətli məlumatdır. Son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazananların statistikasını müəyyən etmək baxımından aparılan testlər xüsusilə mühüm əhəmiyyət daşıyır”.

 

N.Mustafayeva qeyd edib ki, aparılan testlər ödənişsizdir və müayinəyə cəlb edilənlər arzu etdikləri təqdirdə qanın ümumi analizini də ödənişsiz olaraq öyrənə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib