Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
16.07.2026 16:06

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Qulaq, burun, boğaz kafedrasının dosenti Cabbar Cəlilov tərəfindən burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub.


Klinikadan Aztibb.az-a verilən xəbərə görə, müayinələr zamanı pasiyentdə hər iki aşağı burun balıqqulağının (konxaların) böyüməsi, burun girəcəyinin daralması və burun çəpərinin sola əyriliyi aşkarlanıb. Aparılan əməliyyat zamanı aşağı burun balıqqulaqlarının selikli qişası və fizioloji funksiyası qorunmaqla onların həcmi xüsusi cərrahi üsulla kiçildilib. Daha sonra burun çəpərinin əyriliyinin aradan qaldırılması məqsədilə septoplastika əməliyyatı icra olunub.


Həkimin sözlərinə görə, tətbiq olunan metodun üstünlüyü burun selikli qişasını zədələmədən burun boşluğunun anatomik quruluşunu bərpa etmək, hava axınını normallaşdırmaq və pasiyentin burun tənəffüsünü yaxşılaşdırmaqdır. Əməliyyatdan sonra sağalma prosesi mərhələli şəkildə gedir və təxminən iki ay ərzində burun tənəffüsü tam bərpa olunur.


Əməliyyat endoskopik görüntüləmə altında həyata keçirilib. Bu üsul yalnız cərrahi müdaxilənin dəqiqliyini artırmır, eyni zamanda Tədris Cərrahiyyə Klinikasının tədris imkanları sayəsində əməliyyatın monitor vasitəsilə tələbələr tərəfindən canlı izlənilməsinə şərait yaradır. Bu da gələcək həkimlərin praktiki bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.


Mütəxəssis bildirib ki, burun tənəffüsünün pozulmasına daha çox burun çəpərinin əyriliyi, aşağı burun balıqqulaqlarının böyüməsi və digər anatomik dəyişikliklər səbəb olur. Belə problemlər uşaqlıq yaşlarından müşahidə olunsa da, yeniyetmə və böyüklərdə də rast gəlinir. Xəstələrin hər biri fərdi qiymətləndirilir və cərrahi müdaxilə barədə qərar fərdi yanaşma əsasında verilir.


Əməliyyatda anestezioloji təminatı Qulaq, burun, boğaz kafedrasının dosenti Esmira Nəsibova həyata keçirib. Əməliyyat komandasında kafedranın assistenti Aynur Sücəddinova və rezident Xəyalə Mirzəyeva da iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər