BDU-nun tələbələri Biofizika İnstitutunda olublar  
07.05.2025 16:52

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutuna tanışlıq səfəri edirlər.

 

Biofizika İnstitutundan Aztibb.az-a bildirilib ki, səfərin məqsədi tələbələrin fundamental və tətbiqi elmi-tədqiqat sahələri ilə yaxından tanış olmaları, institutun müasir elmi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan tədqiqat prosesi, metodologiyalar və elmi istiqamətlər barədə əyani məlumat əldə etmələridir.

 

Səfər çərçivəsində tələbələr institutun müxtəlif laboratoriyalarında aparılan işlərlə yaxından tanış olur, elmi işçilərin fəaliyyəti, istifadə olunan avadanlıqlar və tədqiqat mövzuları barədə ətraflı məlumat alırlar. Onlara, həmçinin biofizika elminin aktual istiqamətləri və bu sahədəki interdisiplinar yanaşmalarla bağlı təqdimatlar təqdim edilir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub