Fast foodun bağırsağa təsiri
18.07.2026 15:04

Fast food qidaları sürətli və dadlı görünsə də, onların tez-tez qəbulu bağırsaq sağlamlığına mənfi təsir göstərə bilər.

Bu barədə Aztibb.az-a HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti Anar Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, ən çox rast gəlinən təsirlər bunlardır:
Qəbizliyə səbəb ola bilər. Fast food məhsulları adətən lif baxımından kasıb olur. Lif çatışmazlığı bağırsaq hərəkətlərini ləngidir və qəbizlik riskini artırır.
Bağırsaq mikrobiotasını poza bilər. Həddindən artıq yağlı, şəkərli və emal olunmuş qidalar faydalı bağırsaq bakteriyalarının balansını dəyişə bilər. Bu isə həzm problemləri, köp və narahatlıq hissi ilə nəticələnə bilər.
İltihabi prosesləri artıra bilər. Uzun müddət qeyri-sağlam qidalanma bağırsaqda iltihabi proseslərin yaranmasına və ya mövcud problemlərin şiddətlənməsinə şərait yarada bilər.
Hemorroy və anal çat riskini artıra bilər. Lif azlığı səbəbindən yaranan qəbizlik gücənməyə səbəb olur. Bu isə hemorroy və anal çat kimi proktoloji problemlərin yaranma ehtimalını artırır.
Ümumi həzm sisteminə mənfi təsir göstərir. Fast foodun müntəzəm qəbulu köp, qarında ağırlıq hissi, həzmsizlik və bağırsaq fəaliyyətinin pozulması ilə müşayiət oluna bilər.

Anar Əliyev qeyd edib ki, sağlam bağırsaqlar üçün gündəlik qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar və kifayət qədər suya üstünlük vermək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev