Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı iyulun 30-dək davam edəcək
22.07.2026 08:33

Bu gündən etibarən rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ qazanan namizədlərin qeydiyyat prosesinə start verilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Məlumatda bildirilib ki, ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) "məqbul" nəticə göstərmiş namizədlər də II mərhələdə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün "Namizədin elektron ərizəsi" formasını dolduraraq müvafiq bənddə qeydiyyat aparmalı və ərizələrini təsdiq etməlidirlər (və ya etdirməlidirlər).

 

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılan namizədlər tələb olunan məbləği "Şəxsi kabinet" hesablarına daxil edib, Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22–30 iyul 2026-cı il tarixlərində) qeydiyyatdan keçməlidirlər.

 

İmtahanda sualların cavablandırılması üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt ayrılır. Xatırladaq ki, ixtisas fənləri üzrə imtahana yalnız baza fənləri üzrə imtahandan "məqbul" qiymət alan (40 və ya daha yüksək bal toplayan) namizədlər buraxılır.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri iyunun 22-də elan olunmuşdu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev