NDU tələbələri Türkiyənin Qazi Universitetinin Əczaçılıq fakültəsində beynəlxalq staj proqramını uğurla davam etdirirlər
16.07.2026 15:20

2025/2026-cı tədris ili üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Əczaçılıq Fakültəsində təşkil edilən yay staj proqramını uğurla davam etdirirlər.

 

Aztibb.az xəbər verir ki, staj proqramı çərçivəsində tələbələr Analitik Kimya, Biokimya, Klinik Əczaçılıq, Əczaçılıq İdarəçiliyi, Farmasevtik Kimya, Farmasevtik Toksikologiya, Farmakologiya, Farmakoqnoziya, Farmasevtik Texnologiya və Farmasevtik Mikrobiologiya anabilim bölmələrində, eləcə də Təcrübə Heyvanlarına Baxım və Eksperimental Araşdırmalar Mərkəzində təşkil olunan praktik məşğələlərdə iştirak edirlər.

 

Rotasiya prinsipi əsasında həyata keçirilən təcrübə müddətində tələbələr müasir laboratoriyaların iş prinsipi, analitik və biokimyəvi tədqiqat metodları, dərman preparatlarının hazırlanması və keyfiyyətinə nəzarət prosesləri, klinik əczaçılıq xidmətləri, farmakoloji və toksikoloji qiymətləndirmə üsulları, həmçinin əczaçılıq sahəsində tətbiq olunan innovativ yanaşmalarla yaxından tanış olur, praktiki bacarıqlarını inkişaf etdirirlər.

 

Beynəlxalq staj proqramı tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirməsinə, müasir əczaçılıq sahəsinin iş prinsiplərini dərindən mənimsəməsinə və peşəkar kompetensiyalarını artırmasına mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır